Koronovirusa yoluxub sağalmış insanlara vaksin lazımdırmı? - Ekspertdən açıqlama
18.07.2020 19:39

Koronavirusu ağır formada keçirmiş xəstələrin peyvənd olunması şərt deyil.

 

Aztibb.az poisknews.ru resursuna istinadla bildirir ki, bu barədə Rusiyanın N.F.Hamalei adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin direktoru Aleksandr Ginsburq məlumat verib. Mütəxəssisin fikrincə, sağalmış pasiyentlərdə artıq COVID-19-a qarşı güclü immunitet yaranıb.

 

O, bildirib ki, vaksinasiyanın müddətini dəqiq demək mümkün olmasa da, belə xəstələrdə yaxın zamanda peyvənd olunmağa ehtiyac yoxdur.

 

Epidemioloqun sözlərinə görə, çoxsaylı tədqiqatlar göstərir ki, xəstəliyi keçirmiş pasiyentlərdə güclü müdafiə – qanda virusa qarşı anticisimlər dövr edir.

 

Qeyd edək ki, mütəxəssis xəstəliyi orta və yüngül dərəcədə keçirmiş şəxslərin vaksinə ehtiyacı olub-olmaması barədə dəqiq məlumat verməyib.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub