Dünyada koronavirusdan ölənlərin sayı 600 mini ötdü
18.07.2020 18:30

Dünyada koronavirus infeksiyası səbəbindən ölənlərin sayı 600 min nəfəri ötüb

 

Aztibb.az "Worldometers" saytına istinadla xəbər verir ki, iyulun 17-də dünya üzrə 240 min 422 nəfər koronavirus infeksiyasına yoluxub, 5 min 558 nəfər isə vəfat edib.

 

Saytın son məlumatına əsasən, indiyədək koronavirus infeksiyasına 14 milyon 231 min 756 yoluxma və 600 min 315 ölüm faktı qeydə alınıb. Eyni zamanda, 8 milyon 501 min 26 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 5 milyon 130 min 415 xəstədən 59 min 798-nin vəziyyəti ağır qiymətləndirilir.

 

Ötən sutka ərzində ən çox yoluxma halı ABŞ-da qeydə alınıb - 74 min 987. Beləliklə, Birləşmiş Ştatlarda COVID-19 infeksiyasına yoluxanların sayı 3 milyon 771 min nəfəri keçib. Bu göstəriciyə görə sonrakı yeri Braziliya tutur - 2 milyon 49 min 140 nəfər. Hindistanda 1 milyon 47 min 238, Rusiyada 765 min 437, Peruda 345 min 537, Cənubi Afrika Respublikasında isə 337 min 594 nəfər COVID-19 virusuna yoluxub.

 

ABŞ COVID-19 xəstəliyindən ölənlərin sayına görə də dünya lideridir – 142 min 80 nəfər. Bu göstərici üzrə ilk beşlikdə yer alan Braziliyada 77 min 964, Birləşmiş Krallıqda 45 min 233, Meksikada 38 min 310, İtaliyada isə 35 min 28 nəfər koronavirus səbəbindən həyatını itirib.

 

Son vaxtlar COVID-19 infeksiyasından sağalanlara nisbətdə ölənlərin sayında mütəmadi azalma müşahidə edilir. Hazırda bu göstərici 6,62 faizdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır