Gəncə Şəhər Birləşmiş Xəstəxanasında “Yaddaş saatı” adlı tədbir keçirilib
05.11.2022 14:32

Gəncə Şəhər Birləşmiş Xəstəxanasında hərb tariximizin ən şanlı səhifələrindən biri olan Zəfər Günü ilə bağlı “Yaddaş saatı” adlı tədbir keçirilib.

 

Əvvəlcə 44 günlük Vətən müharibəsində canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 

Zəfər Günü münasibətilə iştirakçıları təbrik edən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru Nazim Əhmədov Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü barədə məlumat verib. Bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi və Azərbaycan Ordusunun rəşadəti erməni vandalizminə son qoydu, Azərbaycan xalqı Qarabağa və Qarabağ ətrafındakı dədə-baba yurdumuz olan torpaqlarına qovuşdu. O, Vətən müharibəsində Zəfər salnaməsi yazan bütün qəhrəmanlarımızın xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıb.

 

Sonra 44 günlük müharibəni əks etdirən videoçarx nümayiş etdirilib.

 

Tədbirdə çıxış edən Abbas Səhhət adına xəstəxananın tibb bacısı, Vətən müharibəsində yaralı hərbçilərə yorulmadan tibbi xidmət göstərən Sevda Əsgərova, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının hüquqşünası, müharibə iştirakçısı Hadi Hüseynov, anbar müdiri, ehtiyatda olan polkovnik Əli Verdiyev, Akad.Z.Məmmədov adına xəstəxananın əməkdaşı, müharibə iştirakçısı Ayxan Əsədov Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə Azərbaycan xalqının iftixar və qürur mənbəyi kimi daxil olduğunu qeyd ediblər.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər