Vətən müharibəsinin fəal iştirakçısı - Mingəçevir ŞMX-nın əməkdaşı FUAD ADİLBƏYLİ
10.10.2022 11:30
44 günlük Vətən müharibəsinin fəal iştirakçılarından biri də Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Dəstək xidmətləri şöbəsinin Təhlükəsizlik bölməsinin əməkdaşı Fuad Adilbəylidir.
 
Aztibb.az-ın məlumatına görə, o, Agdərə, Suqovuşan ətrafında düşmənlə mübarizəyə qatılıb.
 
Fuad Adilbəylinin şücayəti Ali Baş Komandan İlham Əliyev tərəfindən qiymətləndirilərək "Vətən müharibəsi iştirakçısı və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.