Qəhrəman həkimlərimizi tanıyaq! - Elçin Məmmədov
05.10.2022 11:45
Vətən müharibəsi dövründə döyüş bölgəsinə yollanan qəhrəman həkimlərimizdən biri də Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının çağırışçı həkimi Elçin Məmmədovdur.
 
Elçin Oktay oğlu Məmmədov 26 mart 1977-ci ildə Mingəçevir şəhərində anadan olub. 1995-2001-ci illərdə Azərbaycan Tibb Universitetinin II Müalicə profilaktika fakültəsində təhsil alıb. 2001-2002-cı illərdə Mingəçevir ŞMX-nın Terapiya şöbəsində internatura keçib.
 
O, 2002-ci ildə 2 saylı Poliklinikada sahə həkimi olaraq əmək fəaliyyətinə başlayıb. 2002-2004-cü illərdə Saatlı rayon hərbi hospitalda baş leytenant rütbəsində həqiqi hərbi xidmət keçib. 2004-cü ildən etibarən Mingəçevir ŞMX-nın TTTYS-nın çağırışçı həkimi vəzifəsini icra edir.
 
Çağırışçı həkim Vətən borcunu ödəmək üçün 21 sentyabr 2020-ci ildə döyüş bölgəsinə gedib. O, Goranboy rayonunda yerləşən hospitalların birində yorulmadan, gecə-gündüz istirahət etmədən yaralılara yardım göstərib, əsgərlərimizin həyatda qalması naminə tibbi bacarıqlarını əsirgəməyib. Müharibə iştirakçısı kimi Fəxri fərmanla təltif edilən Elçin Məmmədov tibb xidməti kapitanı rütbəsilə 2020-ci ilin dekabr ayının 30-da ordudan tərxis olunub.
 
 
 
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub