Peşəkar həkimlərimizi tanıyaq! - Şahidə Piriyeva
02.10.2022 15:51

Aztibb.az "Həkimlərimizi tanıyaq!" rubrikasında peşəkar həkimlərimizi tanıtmaqda davam edir. 

 
Rubrikada bu dəfə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Doğum şöbəsinin mama-ginekoloqu Şahidə Piriyeva haqqında məlumatları diqqətinizə çatdırırıq.
 
Şahidə Akif qızı Piriyeva 29 iyul 1974-cü ildə Mingəçevir şəhərində anadan olub. 1992-1999-cu illərdə Rusiya Federasiyasının Çelyabinsk Dövlət Tibb Akademiyasında Müalicə işi fakültəsində təhsil alıb. 1999-2000-ci illərdə həmin Akademiyada mama-ginekoloq ixtisası üzrə kliniki internatura keçib.
 
O, 2000-ci ildə Mingəçevir ŞMX-nın Doğum evinin Qadın məsləhətxanasında sahə həkimi vəzifəsində əmək fəaliyyətinə başlayıb. 2002-ci ildə xəstəxanamızın Hamiləlik Patologiya şöbəsinə müdir təyin edilib. 2017-ci ildən Mingəçevir ŞMX-nın Doğum şöbəsində mama-ginekoloq vəzifəsində çalışır.
 
Peşəkar həkim Şahidə Piriyeva daim öz ixtisası üzrə təkmilləşməyə, yeni biliklər öyrənməyə üstünlük verir. Mütəmadi olaraq elmi-praktik konfranslarda, seminarlarda, kurslarda iştirak edərək daim yenilikləri öyrənir.
 
Şahidə həkim 2012-ci ildə Çelyabinsk şəhər Tibb Akademiyasında ultra-səs üzrə, 2018-ci ildə Minsk vilayət Doğum evinin Cərrahi-ginekologiya şöbəsində və 2019-cu ildə Ukrayna Respublikası Odessa vilayətinin Ginekologiya mərkəzində təkmilləşmə kursları keçib.
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub