Koronavirusu saniyələr ərzində məhv edən unikal filtr hazırlanıb
18.07.2020 11:03

ABŞ-ın Hyuston Universitetinin tədqiqatçılar qrupu koronavirusu tutmaq və saniyələr ərzində öldürmək imkanına malik hava filtri hazırlayıblar. Laboratoriya sınaqları göstərib ki, filtr bir dəfəyə 99,8% virus elementini məhv etməyə qadirdir.

 

Aztibb.az meddaily.ru resursuna istinadla xəbər verir ki, filtrin əsasında 200 dərəcə Selsidən çox qızdırılan nikel köpüyü dayanır. Koronavirus 70 dərəcə Selsidən çox istiliyə tab gətirə bilmədiyindən alimlər qızdırılan filtr hazırlamaq qərarına gəliblər. Köpük havanı yaxşı buraxır, elastikdir və asan qızır. Onu 250 dərəcəyə qədər qızdırmaq olar.

 

İstehsalçılar bu filtri binaların və təyyarələrin soyutma və qızdırıcı sistemlərinə tətbiq etmək niyyətindədirlər. Alimlər onun virus üzərində tam qələbə üçün kifayət etməyəcəyini etiraf etsələr də, filtr qapalı məkanlardakı virusun konsentrasiyasını azaltmaq imkanına malikdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır