Mərhəmət və humanistlik nümunəsi - Həkim-pediatr Sevil Orucova yazır...
26.08.2022 10:38
Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın doğum günüdür. Nərimanov Tibb Mərkəzinin kollektivi adından öz çoxşaxəli fəaliyyəti ilə Azərbaycan xalqının dərin rəğbətini və sevgisini qazanan Mehriban xanımı təbrik edir, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, dinamik inkişafı, milli maraqların qorunması istiqamətində görülən işlərdə yeni uğurlar, yeni zirvələr arzulayırıq!
Xəstələrə diqqət və qayğıdan söhbət açanda Heydər Əliyev Fondunun və fondun rəhbəri, Azərbaycanın Birinci-vitse prezidenti Mehriban xanım Əliyevanın bu sahədəki yorulmaz fəaliyyəti xüsusi vurğulanmalıdır. Xəstə uşaqlarla bağlı Heydər Əliyev Fondu tərəfindən təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində həyata keçirilən tədbirlər əsl mərhəmət və humanistlik nümunəsidir.
Ümumiyyətlə, səhiyyə sahəsi 18 il öncə, 2004-cü ilin may ayının 10-da yaradılan Heydər Əliyev Fondunun fəaliyyətinin prioritetlərindən biridir. Əsas məqsədi ulu öndər Heydər Əliyevin Vətən, xalq üçün göstərdiyi xidmətlərini, onun ümumbəşəri ideyalarını, zəngin irsini təbliğ etmək, gənclər və gələcək nəsillər üçün qoruyub saxlamaq olan fondun çoxşaxəli fəaliyyətinin öncül istiqamətlərindən biri cəmiyyətimizdə yardıma ən çox ehtiyacı olan insanlara diqqət və qayğıdır. Bu, ilk növbədə, qaçqın və məcburi köçkün ailələri, uşaq evləri, internat məktəblərində tərbiyə alan uşaqlar və əlbəttə, müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlardır. Fond 15 il ərzində bu istiqamətdə bir neçə böyük layihə həyata keçirib və xeyirxah missiya bu gün də davam etməkdədir.
Bu bir həqiqətdir ki, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə 18 ildə fondun həyata keçirdiyi layihələrin mahiyyəti onilliklərdə görüləcək işlərə bərabərdir. Fond daha çox gələcəyə hesablanmış addımlar atmağı bacarır və təşkilatın diqqət yetirdiyi sahələr cəmiyyətin olduqca həssas qütbləridir. Öz fəaliyyətini müasir zamanın tələbinə cavab verən şəkildə qurmağa - cəmiyyətdə olan, insanları narahat edən problemləri aşkar etməyə, bu problemlərin həlli yolunda lazımi tədbirləri hazırlamağa, həyata keçirməyə və uğurlu nəticələri əldə etməyə çalışan fondun fəaliyyətinin əsas istiqamətləri sırasında səhiyyənin mühüm yer tutması qətiyyən təsadüfi deyil.
Yarandığı gündən müxtəlif xəstəliklərdən əziyyət çəkən gənclərin, uşaqların qayğısına qalan fond minlərlə insana şəfa bəxş edib. Bunları təsdiqləyən kifayət qədər faktlar var. Məsələn, şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərə qayğı fondun fəaliyyətində mühüm yer tutur. Çünki bu gün dünyada ürək-damar və onkoloji xəstəliklərdən sonra insanlar daha çox şəkərli diabetdən əziyyət çəkirlər. Yəni bu, dünyada ən geniş yayılmış üçüncü xəstəlik hesab olunur. Heydər Əliyev Fondu bu xəstəlikdən əziyyət çəkən insanların zəruri preparatla təmin olunması, xüsusən də şəkərli diabet xəstəliyinə tutulmuş uşaqlar üçün müxtəlif layihələr həyata keçirir. Bütün bunlar şəkərli diabet xəstələrinin səhhətini yaxşılaşdırmaq və pasiyentləri müasir müalicə vasitələri ilə təmin etmək məqsədi daşıyır. Bu nəcib layihələrin reallaşmasında əsas məqsəd ictimaiyyətin, milli və xarici şirkətlərin diqqətini uşaqların sağlamlığının qorunması məsələlərinə yönəltməkdir.
Səmərəli tibbi xidmətin təşkilini vacib hesab hesab edən fond 2004-cü ildən başlayaraq "Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi çərçivəsində hər il şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqları insulin preparatları və şpris-qələmlərlə təmin edir. Ötən illər ərzində fonda müraciət edən insanlara köməyin göstərilməsi üçün səhiyyə müəssisələri ilə sıx əlaqə qurulub, minlərlə insanın müayinə və müalicəsi məqsədilə lazımi tədbirlər görülüb.
Xroniki böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkən insanların müalicəsində rolu olan aparatların Azərbaycana gətirilməsi də məhz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə baş tutub. Bu gün xəstəxanalarda hemodializ mərkəzlərində xəstələr pulsuz olaraq müalicə alırlar. Bir sözlə, fond tərəfindən hemodializ aparatlarının xəstəxanalara verilməsi xroniki böyrək çatışmazlığından əziyyət çəkənlərin vəziyyətini yüngülləşdirir.
Fondun səhiyyə sahəsində həyata keçirdiyi mühüm layihələrdən biri də "Talassemiyasız həyat”dır. Bu xəstəlikdən əziyyət çəkən insanların təhlükəsiz və keyfiyyətli qanla təmin olunması üçün donor xidmətinin inkişafı, əhalinin maarifləndirilməsi, prenatal diaqnostika üsulu ilə xəstəliyin proqnozlaşdırılması məsələləri həmin layihə üzrə görülən işlərin əsas istiqamətləridir. Problemin ciddiliyini nəzərə alan fond Azərbaycanda ixtisaslaşdırılmış tibb ocağının və qan bankının yaradılması, ölkəmizdə yüksəkixtisaslı kadrların hazırlanması, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişafı, talassemiyanın yayılmasının qarşısını almaqdan ötrü əhalinin maarifləndirilməsi və talassemiya ilə mübarizə aparan bir sıra dövlətlərlə əməkdaşlığın genişləndirilməsi məqsədilə Bakıda Talassemiya Mərkəzi inşa edib. Mehriban xanım Əliyevanın və fondun vitse-prezidenti Leyla Əliyevanın mütəmadi olaraq bu mərkəzə baş çəkmələri, xəstələrin durumu ilə maraqlanmaları deyilənləri bir daha təsdiqləyir.
Bununla yanaşı, fondun təşəbbüsü ilə anadangəlmə ürək qüsurundan əziyyət çəkən uşaqların müayinə, müalicə və əməliyyatı ilə bağlı davamlı olaraq aksiyalar keçirilir. Valideyn himayəsindən məhrum olan uşaqları hər zaman diqqətdə saxlayan fond Azərbaycanın xoşbəxt gələcəyinin təmin olunması istiqamətində böyük işlər görür. Mehriban xanım Əliyevanın valideyn qayğısından və himayəsindən məhrum olmuş uşaqlara sevgisi müasir Azərbaycan tarixində ayrıca sütunla yazılıb. Fəaliyyətində humanist dəyərlər birinci yerdə dayanan fondun təşəbbüsləri və həyata keçirdiyi layihələrin bir çoxu valideyn himayəsindən məhrum olmuş uşaqların firavanlığına, onların həyat şəraitinin yaxşılaşdırılmasına yönəlib. Bu gün ölkəmizdə kimsəsiz uşaq deyəndə hər kəsin gözü önünə oların himayədarı kimi Mehriban xanım Əliyeva gəlir. Uşaqlarin iş və mənzillərlə təmin olunması üçün fond bir çox layihələr həyata keçirir.
Bütün bunların mərkəzində əlbəttə ki, xeyirxahlıq, qayğıkeşlik və insanpərvərlik amili durur. Məhz ona görə də Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva xoşməramlı missiyası, uğurlu fəaliyyəti ilə xeyirxahlıq mücəssəməsi kimi tanınır.
Mehriban xanım Əliyeva gördüyü işlərlə Azərbaycan qadınının xeyriyyəçi, mərhəmətli, ictimai-siyasi fəaliyyətdə olan bir varlıq olduğunu dünya ictimaiyyətinə bir daha sübut edən gözəl ictimai-siyasi xadim, ləyaqətli bir Azərbaycan qadınıdır. Bizim birinci Xanımda Ağlın, Zərifliyin, Qətiyyətin cazibəsi var!
Azərbaycan xalqı Mehriban Xanım Əliyeva ilə fəxr edir, qürur duyur!
Nərimanov Tibb Mərkəzinin həkim-pediatrı Sevil Orucova
Bu bölməyə aid digər xəbərlər
ATU-da beynəlxalq elmi əməkdaşlıq çərçivəsində fundamental və tətbiqi xarakterli tədqiqatlar davam etdirilib
30.10.2026 | 15:34
Azərbaycanlı həkimlərin Almaniyadan dünyaya uzanan həmrəylik körpüsü
27.10.2026 | 09:30
Qubadlı azadlığın və quruculuğun yeni dövrünü yaşayır
26.10.2026 | 10:54
Tibbin 9 istiqaməti, yeni elmi nəticələr: ATU jurnalının növbəti sayı
24.10.2026 | 14:04
ATU əməkdaşının tək müəllif kimi hazırladığı elmi məqalə Q1 kateqoriyalı jurnalda dərc olunub
24.10.2026 | 10:50
Azərbaycan dilində müasir dərslik təqdim olunub
09.10.2026 | 10:49
Yeni mühazirə dərsliyi nəşr olunub
01.10.2026 | 16:12
Ölümsüzlük və əbədiyyət
30.09.2026 | 14:32
Elmi anatomiyanın banisi
29.09.2026 | 11:06
ATU-nun həkim-rezidentlərinin həmmüəllif olduğu elmi məqalə beynəlxalq "Rheumatology" jurnalında
27.09.2026 | 17:18
ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
24.10.2026 | 19:16
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
26.10.2026 | 11:19
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
25.10.2026 | 10:23
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
22.10.2026 | 10:49
İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?
28.10.2026 | 16:50
Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib
26.10.2026 | 16:52
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
25.10.2026 | 07:24
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
22.10.2026 | 10:44
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
26.10.2026 | 15:43
Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir
27.10.2026 | 16:04
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib
25.10.2026 | 09:28

