Gəncə şəhər Birləşmiş Xəstəxanası PHŞ-in KARDİOLOJİ XƏSTƏXANASI
23.05.2022 13:15

Gəncə şəhər Birləşmiş Xəstəxanası PHŞ-in Kardioloji xəstəxanası 1991-cı ildən Gəncə Rayonlararası Kardioloji dispanser adı ilə fəaliyyətə başlayıb. 2011-ci ilin noyabr ayından Səhiyyə Nazirliyinin qərarı ilə Rayonlararası Kardioloji dispanser Kardioloji xəstəxana adı ilə dəyişdirilib.

 

İcbari Tibbi Sığortanın tətbiqi ilə əlaqədar tibb müəssisəsi 2021-ci ilin yanvar ayının 1-dən Gəncə şəhər Birləşmiş Xəstəxanasının tabeliyində Kardioloji xəstəxana kimi fəaliyyət göstərir.

 

Hazırda xəstəxanada 3 şöbə var :
1. Reanimasiya, intensiv terapiya və anesteziologiya şöbəsi - 10 çarpayılıq
2. Miokard- infarktı şöbəsi - 40 çarpayılıq
3. Ritm pozğunluğu şöbəsi - 40 çarpayılıq

 

Son 5 ildə xəstəxana müasir standartlara cavab verən tibbi avadanlıqlarla təmin olunub. Bunlardan - Rentgenqrafiya aparatı, EXO, Primedic Defi, Stres test, EKQ, rəngli USM, dopler, hemotoloji analizator, kardiomanitor, defibrillyator aparatı və başqalarını göstərmək olar.

 

Bununla yanaşı, xəstəxanada biokimyəvi, klinik laboratoriya kabinetləri, USM, rentgen kabineti və s. fəaliyyət göstərir.

 

Kardiololoji xəstəxanası 7/24 saat fasiləsiz olaraq əhalinin sağlamlığının qayğısına qalır. Buraya infarktlı və digər ürək xəstəlikləri ilə daxil olan xəstələrin tam müayinə və müalicəsi üçün hər bir şərait var. Həkimlər kompleks müayinə apararaq, xəstənin səhhəti haqqında dolğun informasiya əldə edib, dəqiq diaqnoz qoyduqdan sonra xəstəyə tam və düzgün müalicə sxemi təyin edirlər.

Xəstəxanada mütəmadi olaraq elmi-praktik konfranslar keçirilir.

 

Qeyd edək ki, tibb müəssisəsinin həkimlərinin hər biri Kardioloqlar Cəmiyyətinin üzvüdür və mütəmadi olaraq Kardioloqlar Cəmiyyəti tərəfindən təşkil edilən konfranslarda iştirak edirlər.

 

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub