Transfuziyadan asılı olmayan talassemiyanın müalicəsi üzrə Rəhbərliyin təqdimatı keçirilib - FOTO
21.05.2022 16:55

Milli Hematologiya və Transfuziologiya Mərkəzində Beynəlxalq Talassemiya Federasiyasının Transfuziyadan asılı olmayan talassemiyanın müalicəsi üzrə Rəhbərliyin təqdimatı keçirilib.

 

Aztibb.az xəbər verir ki, təqdimatda Mərkəzin icraçı direktoru Valeh Hüseynov dövlətimiz tərəfindən bu sahəyə daim yüksək diqqət və qayğı göstərildiyini qeyd edib. O, qeyd edib ki, tərcümə olunaraq istifadəyə verilən Rəhbərlik 2017-ci ildə buraxılmış sayca 2-ci nəşridir.

 

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Hematologiya şöbəsinin böyük elmi işçisi, tbb üzrə fəlsəfə doktoru Çingiz Əsədov çıxış edərək Rəhbərliklə bağlı iştirakçılara məlumat verib. Bildirib ki, hazırda Rəhbərliyin Azərbaycan dilinə olan tərcüməsi Beynəlxalq Talassemiya Federasiyasının sosial media hesablarında yeganə başqa dildəki buraxılış kimi yayımlanmaqdadır.

 

Daha sonra tədbir Rəhbərliyin Azərbaycan dilinə olan tərcüməsinin redaksiya heyətinin çıxışları ilə davam etdirilib.

 

Təqdimatın sonunda iştirakçıların hər birinə “Transfuziyadan asılı olmayan talassemiyanın müalicəsi üzrə Rəhbərlik” təqdim olunub.

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib