ATU tələbələri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə ödənişsiz göz əməliyyatı olunub
10.05.2022 11:03
Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə xeyriyyə aksiyası keçirilib.
 
Aztibb.az xəbər verir ki, aksiya zamanı ATU-nun bir qisim tələbələri üçün ödənişsiz oftalmoloji əməliyyat icra olunub.
 
Əməliyyatları ATU-nun Tədris Cərrahiyyə Klinikasının oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov icra edib. Q.İsmayılov tələbələr üçün pulsuz əməliyyatları artıq ənənə halını aldığını deyib:
 
“Tibb Universitetində və digər universitetlərdə təhsil alan müharibə veteranları, Qarabağ əlilləri, şəhid ailələri və valideyn himayəsindən məhrum olunmuş, aztəminatlı
uşaqlar üçün Azərbaycan dövlətinin banisi Heydər Əliyevin ad günü münasibətilə Oftalmologiya şöbəsində pulsuz ekzelmer lazer əməliyyatı icra edirik. Bu gün 24 tələbə üzərində cərrahi əməliyyatlar həyata keçirilib. Bu əməliyyatlar refraksion anomaliyalar, miyopiyalar, mürəkkəb miyopik astiqmatlar və qarışıq astiqmatizm xəstəliyindən əziyyət çəkən tələbələr üzərində icra olunur”.
 
Qeyd edək ki, əməliyyatlar ATU-nun rektoru Gəray Gəraybəylinin və doktor Qurban İsmayılovun şəxsi dəstəyi ilə reallaşır. Əməliyyat olunan 24 tələbənin 16-sı isə ATU-nun, 8-i isə digər universitet tələbəsidir.
ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
“Həkimlərimizi tanıyaq!
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib