Gəncədə şəhid ailələri, müharibə əlilləri və iştirakçıları üçün tibbi aksiya təşkil olunub 
09.05.2022 22:18

Gəncədə Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə şəhid ailələri və müharibə iştirakçıları üçün ödənişsiz tibbi aksiya təşkil olunub.

 

Aztibb.az xəbər verir ki, bu xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının təşkilatçılığı ilə baş tutan aksiya zamanı Gəncədəki bir sıra özəl tibb müəssisələrində şəhid ailələri, müharibə iştirakçıları və müharibə əlilləri üçün ödənişsiz xidmətlər göstərilib.

 

Tibbi aksiyaya “Şans” Tibb Mərkəzi, “Yeni Gəncə” Tibb Mərkəzi, “Sağlam Ailə” Tibb Mərkəzi, Memorial Hospital və “Bim” Optik qoşulub.

 

Sözügedən aksiya çərçivəsində tibb müəssisələri tərəfindən kardioloji, terapevtik, nefroloji, ginekoloji, hemotoloji stomotoloji, oftolmoloji müayinələr, rentgenoqrafiya, elektrokardioqrafiya, EXO və USM müayinələri, həmçinin “qanın ümumi analizi”, “qanda şəkərin təyini” laborator müayinələri göstərilib.

 

Gün ərzində davam edən aksiyadan 400-ə yaxın şəhid ailəsi, müharibə əlili və iştirakçısı yararlanıb.

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
“Həkimlərimizi tanıyaq!
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib