Virus daim dəyişir: Ağciyər toxumasına nüfuz etmək qabiliyyətini itirib
02.02.2022 14:45
Omikron yuxarı tənəffüs yollarının orqanlarına təsir göstərsə də xəstəliyin ağır gedişinə səbəb olmur.
 
“Rospotrebnadzor”un rəhbəri Anna Popova bildirib ki, mutasiya zamanı koronavirus ağciyər toxumasına nüfuz etmək qabiliyyətini itirib.
 
Aztibb.az www.mk.ru–ya istinadən xəbər verir ki, onun sözlərinə görə, Rusiya və digər ölkələrin alimləri və tədqiqatçıları virusun daim dəyişdiyini bildirirlər. Qeyd olunur ki, bu onun əsas xüsusiyyətlərindən biridir, onsuz mövcud ola bilməz.
 
“Virus onu insan orqanizminə uyğunlaşdıran ən yaxşı formanı axtarır... Amin turşusu tərkibinin düzgün formasını tapmaq üçün virus ağciyər toxumasına və ya tropizmə nüfuz etmək qabiliyyətini təmin edən reseptorlardan birini itirib”, deyə ekspert bildirib.
 
O, əlavə edib ki, hazırda koronavirus daha çox yuxarı tənəffüs yollarının orqanlarına təsir edir, bronxit və traxeitə səbəb olur. Omikron əvvəllər müşahidə edilən xəstəliyin ağır formalarını təhrik etmir.
 
Eyni zamanda, Omikrondan sonra hansı fəsadların baş verə biləcəyi hələ məlum deyil.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev