COVID-19 peyvəndi həblə əvəz ediləcək: İynədən qorxanlar üçün fürsət
01.02.2022 16:50
ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun (MIT) alimləri koronovirus peyvəndini həb formasına gətirmək üçün qol çırmayıblar.
 
Aztibb.az xəbər verir ki, Pfizer-BioNTech peyvəndi kimi mRNA ilə hazırlanmış COVID-19 həbinin peyvənddən daha effektiv qoruma təmin edəcəyi gözlənilir.
 
Alimlər peyvəndi həbə çevirməyə bir addım daha yaxınlaşdıqlarını açıqlayıblar.
 
Sən demə, koronovirus pandemiyası zamanı bir qism insan iynə vurdurmaqdan qorxduğu üçün peyvənd olunmayıb.
 
Mütəxəssislər yeni kəşflə bu vəziyyətin qarşısını almağı planlaşdırırlar.
 
Əvvəllər mRNT əsaslı dərmanlar insanın həzm sisteminə zərər verdiyi üçün ağız yolu ilə qəbul edilmirdi.
 
Yeni hazırlanan həbin həzm sisteminə zərərinin qarşısının alınacağı bildirilir.
 
İlk olaraq, alimlər donuzların mədələrinə 150 mikroqram mRNT çatdırmaq üçün həbdən uğurla istifadə etdiklərini bildiriblər.
 
Hələ insanlar üzərində sınaqdan keçirilməyən həbin tərkibindəki mRNT nisbətinin Pfizer-BioNTech ilə müqayisədə 5 dəfə yüksək olduğu da vurğulanıb.
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev