Hindistanda COVID-19-a yoluxmada yeni rekord qeydə alınıb
16.07.2020 09:42

Hindistanda ötən sutka ərzində COVID-19 infeksiyasına rekord sayda – 32 min 682 yoluxma qeydə alınıb. Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 970 min 169 nəfərə çatıb.

 

Aztibb.az pandemiyanın statistikasını aparan “Worldometers” saytına istinadla xəbər verir ki, ötən sutka ölkədə COVID-19 səbəbindən 614 ölüm baş verib. İndiyədək Hindistanda 24 min 929 nəfər bu virusdan ölüb. Virusa yoluxanların 60 faizinin sağaldığı bildirilir.

 

Hindistanın Tibb İşçiləri Assosiasiyasının açıqlamasında qeyd olunur ki, indiyədək ölkədə 1302 həkim yeni növ koronavirusa yoluxub. Onlardan 99 nəfəri vəfat edib. Assosiasiya bununla əlaqədar “qırmızı həyəcan” elan edib.

 

Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə, ABŞ və Braziliyadan sonra 3-cü yerdədir. Ən pis vəziyyət Maharştra və Tamil Nadu ştatlarında, paytaxt Dehlidədir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır