Oksford Universitetinin hazırladığı koronavirusa qarşı vaksin sınaqdan uğurla keçib
16.07.2020 00:24

Oksford Universitetinin tədqiqatçılar qrupu Böyük Britaniya və İsveçin müştərək “AstraZeneca” əczaçılıq kampaniyası ilə birgə hazırladığı koronavirus əleyhinə vaksinin test sınaqlarının ilk müsbət nəticələrini əldə edib.

Böyük Britaniyanın ITV telekanalı xəbər verir ki, mütəxəssislər vaksin vasitəsilə immunitetin artmasına nail olub. Bu barədə dəqiq məlumatlar “The Lancet” tibb jurnalında dərc olunacaq.

 
“İmmun sisteminin reaksiyası həm anticisimlər, həm də T-hüceyrələri (limfosit) ilə əlaqəlidir. Hazırda bütün diqqət anticisimlər üzərində cəmlənsə də, T-hüceyrələrinin reaksiyasının da koronavirusdan müdafiə üçün vacib olduğu müəyyən edilib”, - deyə universitetdən bildiriblər.


Bununla yanaşı, vaksinin effektivliyi yalnız sınaqların hazırda Braziliyada davam edən üçüncü, yekun mərhələsində tam müəyyən olunacaq. 

 

Klinik sınaqların Birləşmiş Krallıqda keçirilən ikinci mərhələsində 5-12, 56-69 yaşarası və 70 yaşdan yuxarı 10 mindən çox könüllü iştirak edib. Sınaqların ilk mərhələsinə isə 18-55 yaşarası mindən çox insan cəlb olunmuşdu.

 
“AstraZeneca” şirkəti Oksford preparatının uğurlu klinik sınaqlarına ümid edərək artıq 2 milyard vaksin dozasının hazırlanması üçün lazımi istehsal gücünü təmin edib.

 

Qeyd edək ki, pandemiyanın statistikasını aparan “Worldometer” saytının Bakı vaxtı ilə bu gün saat 18:00-a olan məlumatına əsasən, Böyük Britaniyada 291 min 373 yoluxma və 44 min 968 ölüm faktı qeydə alınıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır