Yuxusuzluq qış depressiyasına səbəb olur. Nə etməli?
25.12.2021 14:14
Qışın başlaması ilə fiziki fəaliyyətlərin azalması nəticəsində orqanizm dəyişən havaya uyğunlaşmağa çalışır.
 
Aztibb.az xəbər verir ki, bu mənada immun sisteminin zəifləməsi həm insanın sağlamlığına, həm də psixologiyasına mənfi təsir göstərir.
 
Mütəxəssislər mövsüm dəyişiklikləri ilə yuxu keyfiyyətinin azalmasının qış depressiyası olaraq da bilinən əhval pozğunluğu problemlərini artırdığına diqqət çəkirlər.
 
Araşdırmalar göstərir ki, havalar soyuduqca keyfiyyətli yuxu almayanlar və kifayət qədər yatmayanlar virusa məruz qaldıqdan sonra daha çox xəstələnirlər.
 
Bu prosesdə yuxu rejiminin pozulması immunitet sistemini zəiflədir və orqanizmi həssas edir. Bu mənada soyuqdəymə, pnevmoniya, qrip və astma tutmaları kimi hallara daha çox rast gəlinir.
 
Bundan əlavə, yuxu keyfiyyətinin azalması insanların sağalma prosesini ləngidir, piylənmə və şəkərli diabet kimi xəstəliklərin inkişaf riskini artırır. Onların qarşısını almağın yolu isə nizamlı və keyfiyyətli yuxudan keçir.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev