Sümük əriməsi nəfəs darlığına səbəb ola bilər
29.11.2021 13:11
Osteoporoz sümüklərin nazikləşdiyi, zəiflədiyi və kövrək olduğu bir vəziyyətdir. Hətta kiçik bir zərbə və ya qəza sınığa səbəb ola bilər.
 
Aztibb.az mütəxəssislərin rəyinə əsaslanaraq xəbər verir ki, dünyada təxminən 200 milyon insanın osteoporoz olduğu düşünülür. Osteoporoz səbəbiylə sınıqlar xroniki ağrılara, əlilliyə və vaxtından əvvəl ölümə səbəb ola bilər.
 
Orqanizmdə kifayət qədər kalsium və D vitamini yoxdursa, osteoporoz olma ehtimalı daha yüksəkdir. Qadınlar bu xəstəliyə kişilərdən 4 dəfə daha çox tutulurlar.
 
Osteoporoz səssiz bir xəstəlikdir, tipik bir əlaməti yoxdur. Sümük qırılana, bir və ya daha çox fəqərə çökənə qədər xəstəliyiniz barədə məlumatınız olmaya bilər.
 
Onurğa sınığının simptomlarına şiddətli bel ağrısı, boy qısalması və ya kifoz kimi qamət pozğunluqları daxildir.
 
Bundan əlavə, fəqərələrin çökməsi ilə ağciyər tutumunun azalması səbəbindən nəfəs darlığı şikayətləri ola bilər.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev