Balıqların insanlarda törədə biləcəyi invazion və infeksion xəstəliklər – Birinci yazı
18.11.2021 21:36

Tarixə nəzər salsaq görərik ki, ayrı-ayrı dövrlərdə yer kürəsinin müxtəlif ərazilərində invazion və infeksion xəstəlik törədən parazitlər və mikroorqanizmlərin yayılması sözün əsl mənasında bəşəriyyət üçün böyük fəlakətə çevrilib.

 

Dəfələrlə baş verən taun, vəba, pasterelyoz, bradzot, quş qripi, donuz qripi və bu kimi xəstəliklər böyük tələfata səbəb olub. Baş vermiş epidemiyalar içərisində balıqçılıq təsərrüfatlarında, balıq məmulatı istehsalı, saxlanması, daşınması və satışı ilə məşğul olan obyektlərdə tələb edilən sanitar, texnoloji, əmtəəşünaslıq qaydalarına əməl edilmədikdə yayılan xəstəliklər daha pis nəticələr törədib.

 

Aztibb.az balıqların insanlarda törədə biləcəyi invazion və infeksion xəstəliklər haqqında yazını təqdim edir.

 

Əgər xəstələnmiş heyvan məhdud çərçivədə ətrafdakıları yoluxdurursa, bundan fərqli olaraq su hövzəsində diri balıq sərbəst olduğundan istənilən tərəfə üzərək geniş dairədə xəstəliyin yayılmasına səbəb ola bilir.

 

Balıq xəstəliklərini XIX əsrin sonlarında formalaşan ixtiopatologiya elmi öyrənir.

 

Müasir dövrdə insanlara keçən bəzi zooantroponoz xəstəliklərin baş verib yayılmaması üçün vaxtında tutarlı qabaqlayıcı tədbirlər görülməlidir. Balıqlar bu və ya digər xəstəliyə tutulduqda onlar arasında vaxtsız ölüm halları dəfələrlə artır, böyüməsi ləngiyir, kütləsi sağlam balıqla müqayisədə 20%-dək azalır. Belə halda balıq ehtiyatının təbii bərpası pozulur, onun sayı azalır.

 

 

Statistikaya görə Azərbaycanın su hövzələrində hər il 3-4,5 milyon 147 vətəgə yaşlı balıqlar liqulyoz, diqrammoz, mikosoporidioz, ixtioftirioz, daktilogiroz, diplostomoz, postodiplostomoz və digər xəstəliklərə tutulduğundan məhv olur. Balıq xəstəliklərinin öyrənilməsi həm də böyük epidemioloji və epizootoloji əhəmiyyətə malikdir. Çünki, bir çox infeksion və invazion xəstəliklə insanlara, eləcə də məhsuldar kənd təsərrüfatı heyvanlarına və quşlara məhz balıq və balıq məhsullarından keçir.

 

Azərbaycanın su hövzələrində yaşayan balıqlarda baş verə bilən infeksion və invazion xəstəliklər, onlardan insana keçə bilənlərinin növ tərkibi, morfologiyası, biologiyası, yayılması, insana keçmə yolları, xəstəliyin baş verməməyi üçün həyata keçirilən qabaqlayıcı profilaktiki tədbirlər və bu problemlə əlaqəli digər məsələlər uzun illərdir ki, AMEA-nın Zoologiya İnstitutunun müvafiq laboratoriyaları tərəfindən öyrənilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev