Naxçıvanın Dırnıs Kənd Ailə Sağlamlıq Mərkəzində tibbi müayinə aksiyası keçirilib
14.08.2026 12:09

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublika Xəstəxanası” PHŞ-nin ixtisaslı həkim briqadası tərəfindən Ordubad rayonunun “Dırnıs Kənd ASM”də əhali üçün tibbi müayinə aksiyası keçirilib.

 

Naxçıvan MR Səhiyyə Nazirliyindən Aztibb.az-a verilən məlumata görə, aksiya çərçivəsində ümumilikdə 75 nəfər ixtisaslı həkimlər tərəfindən tibbi müayinədən keçirilib.

 

Müayinələr zamanı 11 nəfər kardioloq, 12 nəfər oftalmoloq, 14 nəfər nevropatoloq, 12 nəfər terapevt, 5 nəfər üz-çənə cərrahı və 4 nəfər endokrinoloq tərəfindən müayinə olunub. Həmçinin 17 nəfərə ultrasəs müayinəsi (USM) aparılıb.

Aksiya əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılması, xəstəliklərin erkən aşkarlanması və profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə həyata keçirilib.

 

Qeyd edək ki, səhiyyənin inkişafı istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən regionun müxtəlif yaşayış məntəqələrində əhalinin sağlamlığının qorunmasına, tibbi xidmətlərin əlçatanlığının təmin edilməsinə və vətəndaşlara yerində ixtisaslı tibbi xidmət göstərilməsinə xüsusi diqqət yetirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev