ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
16.08.2026 09:39

2020-ci ildə 655 balla Azərbaycan Tibb Universitetinə (ATU) qəbul, 2026-cı ildə fərqlənmə diplomu ilə məzuniyyət və həmin ildə də 93 balla rezidentura imtahanında ölkə birinciliyi. 

 

Aztibb.az xəbər verir ki, bəzən böyük uğurlar çox qısa zamanın nəticəsi kimi görünür. Əslində isə həmin uğurun arxasında illərlə davam edən zəhmət, intizam, səbir və ən əsası, insanın özünə olan inamı dayanır.  

 

Azərbaycan Tibb Universitetinin II Müalicə-profilaktika fakültəsinin 2026-cı il məzunu, təhsilini fərqlənmə diplomu ilə başa vuran Ramal Təbib oğlu Vəlizadə bunun ən yaxşı nümunələrindən biridir. 

 

Ramal 2020-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanında 655 bal toplayaraq Azərbaycan Tibb Universitetinə dövlət sifarişi əsasında qəbul olunub. Tələbəlik illərində qarşısına qoyduğu məqsədlərdən vaz keçməyən gənc həkim bu il növbəti böyük uğuruna imza atıb. O, Dövlət İmtahan Mərkəzinin 9 avqust 2026-cı il tarixində keçirdiyi rezidenturaya qəbul imtahanının II mərhələsində 93 bal toplayaraq ölkə birincisi olub. 

 

Bu nəticə Ramal üçün yalnız yüksək bal deyil, illər ərzində qurduğu arzuların və göstərdiyi əzmkarlığın nəticəsidir: “Bu nəticəni təkcə şəxsi uğurum kimi qəbul etmirəm. Bu nəticənin arxasında ailəmin mənə verdiyi dəstək, müəllimlərimin əməyi, dostlarımın və yaxınlarımın inamı dayanır.” 

 

Onun fikrincə, uğura aparan yol yalnız istedad və bilikdən deyil, məqsədə sadiqlikdən keçir. Qarşıya böyük hədəf qoyan insan yolun çətinliyindən qorxmamalı, hər uğursuzluğu növbəti addım üçün təcrübəyə çevirməlidir. 

 

Ramal gənclərin böyük məqsədlər qarşısında özlərini məhdudlaşdırmamalı olduğunu düşünür. Azərbaycanda gənclərin təhsil alması, inkişaf etməsi və potensialını reallaşdırması üçün yaradılan imkanların onların qarşısında yeni yollar açdığını vurğulayır. 

 

Onun üçün 93 balla ölkə birincisi olmaq - bu nəticə yeni və daha məsuliyyətli mərhələnin başlanğıcıdır: “Bu uğuru özüm üçün son nöqtə deyil, böyük bir yolun başlanğıcı hesab edirəm. Qarşıda məni daha böyük məsuliyyət, daha çox öyrənmək və insanlara xidmət etmək kimi müqəddəs bir vəzifə gözləyir.” 

 

Gənc həkimin gələcəyə dair arzuları da şəxsi karyera uğurları ilə məhdudlaşmır. O, gələcək fəaliyyətində təhsil aldığı Azərbaycan Tibb Universitetinin və bu yolda ona dəstək olan insanların adını qürurla daşımaq istəyir. 

 

Onun gənclərə mesajı isə belədir: “Məqsədiniz böyükdürsə, yolunuz çətin olsa belə, çalışmaqdan heç vaxt vaz keçməyin. Çünki insanın həyatında ən gözəl anlardan biri illərlə qurduğu xəyalın bir gün gerçəyə çevrildiyini görməsidir. İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır.”

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır