İsmayıl Əfəndiyevin COVID-19 və metanolla zəhərlənmələrə dair tədqiqatının nəticələri ÜST tərəfindən nəşr olunub
18.11.2021 09:29
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (DGK) Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyevin “Azərbaycanda COVID-19 və metanolla zəhərlənmələr” adlı tədqiqatının nəticələri Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən ayrıca nəşr kimi dərc olunub və ÜST-nin rəsmi saytında yerləşdirilib.
 
Aztibb.az xəbər verir ki, tədqiqatda koronavirus (COVID-19) pandemiyasının Azərbaycanda metanolla zəhərlənmələrə təsiri araşdırılır və ölkənin kimyəvi maddələrin idarə edilməsində potensialının artırılmasının mümkün yolları barədə məlumat verilir.
 
Məqalədə COVID-19 pandemiyası ilə əlaqədar zəhərlənmələrin epidemiologiyasının qiymətləndirilməsi əsasında mümkün profilaktik tədbirlərdən bəhs olunur, metanol zəhərlənməsinin qarşısının alınması ilə bağlı əhalinin maarifləndirilməsinə yönəlmiş tədbirlərdən danışılır.
 
Nəşri aşağıdakı linkdən yükləmək olar: https://www.who.int/publications/i/item/9789240036185
ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib   
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
“Həkimlərimizi tanıyaq!
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər