Həkimdən HƏYƏCAN TƏBİLİ - Antiseptiklərdən istifadə ölümə aparır
01.09.2020 16:52

COVID-19-un qarşısını almaq üçün müxtəlif növ əl təmizləyicilərinin geniş miqyaslı istifadəsi daha təhlükəli viruslar yarada bilər.

 

Aztibb.az Medikforum.ru-ya istinadən xəbər verir ki, tədqiqatçılar antiseptiklərdən həddindən artıq istifadənin antibiotik müqavimətini inkişafına və insan ölümünə səbəb olacağı barədə xəbərdarlıq edib.

 

Məlumatda qeyd edilib ki, koronavirusun qarşısını almaq üçün hər kəsin bildiyi kimi insanlar üz maskaları taxmalı, əllərini tez-tez sabun və ya antiseptiklərlə yumalı, sosial məsafəni qorumalıdır. Son zamanlarda əl təmizləyicilərinin və antibakterial komponentləri olan jellərin satışında sürətli artım olub. Alkohol əsaslı əl təmizləyicilərindən həddindən artıq istifadə, digər bakteriya və virusların uyğunlaşmasına və antibiotik müqavimətini inkişaf etdirməsinə imkan verir.

 

Dünyanın bir çox ölkəsində koronavirus infeksiyası qorxusu antiseptiklərin kütləvi alqı-satqısına səbəb olub. 

 

Doktor Kemp bildirib ki, dərinin bakteriya və viruslardan təmizlənməsi üçün ən yaxşı yolun əllərin sabunla yuyulmasıdır.

 

"Antiseptiklərdən ancaq su və sabun olmayan yerlərdə istifadə edilməlidir. Antiseptiklərdən ancaq başqa çarə olmadıqda, fövqəladə hallarda istifadə edilməlidir. Əks halda bəşəriyyət antibiotiklərə antibiotikə davamlı bakteriya və virusların yaratdığı bütün Armageddonla qarşılaşacaq".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza