Yosunlar beyini oksigenlə təchiz edib  
18.10.2021 13:03

Münhen Lüdviq-Maksimilian Universitetindən bir qrup tədqiqatçının “iScience” jurnalında dərc etdirdiyi məqalədə yaşıl yosunların köməyilə mahmızlı qurbağa çömçəquyruğun beynini oksigenlə təchiz etməyin mümkün olduğu bildirilib. Yosunlar və sianobakteriyalar işıq enerjisinin köməyilə üzvi maddə sintez edir, yan məhsul kimi isə oksigeni ayırır. Bu oksigen kiçik amfibilərin beyninin işləməsi üçün tam yetərlidir.

 

Aztibb.az “Nauka i jizn” saytına istinadla xəbər verir ki, çömçəquyruqda ön ətraf yaranan kimi onun ürək kamerasına xlamidomonada yosunu və “Synechocystis” növündən sianobakteriya yerləşdirilib. Onları ürək əzələsinə deyil, məhz ürək kamerasına yerləşdiriblər ki, onlar qanla birlikdə beyin damarına düşsün (hərçənd onlar təkcə beyinə düşməyib). Mədəcikdə (onurğa beyni mayesi ilə dolu olan boşluq) oksigenin konsentrasiyasını ölçüblər. Çömçəquyruğun beynini işıqlandıranda mədəcikdə oksigenin qatılığı artıb. Əgər həmin canlıya fotosintez qabiliyyəti olmayan mutant yosun və ya bakteriya yeridilsəydi, mədəcikdə oksigenin səviyyəsi işıqlandırmadan asılı olmayaraq eyni dərəcədə qalacaqdı.

 

Ən başlıcası odur ki, suda oksigen az olsa belə, bakteriya-yosun oksigeni canlıda neyronların işləməsinə kömək edib. Tədqiqatçılar çömçəquyruğun ətrafında oksigenin miqdarını azaldan zaman neyronların fəaliyyəti demək olar dayanıb. Lakin beyin işıqlandırılan kimi neyronlar fəaliyyətə başlayıb: onlar işıqda fotosintez edən yosunlardan və bakteriyalardan oksigen alıb.

 

Mahmızlı qurbağa çömçəquyruğun əzələsi işığın beyinə keçə bilməsi üçün kifayət qədər incə və şəffafdır.

 

Digər onurğalılarda kəllə sümüyünün altında işıq mənbəyi yerləşdirilməyincə, bu “fokus” çətin baş tutsun. Eləcə də çömçəquyruqların immunitetində beyində və qanda olan sianobakteriya və yosunlara qarşı heç nə olmayıb.

 

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər