Ölümcül xəstə uşağın atası onun üçün dərman yaradıb
17.10.2021 10:47

Ölümcül Menkes xəstəliyindən əziyyət çəkən Çindən olan oğlanın atası onun üçün dərman yaradıb.

 

Aztibb.az-ın məlumatına görə, bu barədə "South China Morning Post" qəzeti xəbər verib.

 

Menkes xəstəliyi böyümənin ləngiməsinə, sinir sistemindəki pozğunluqlara və saçların xarakterik qıvrılmasına səbəb olan ölümcül xəstəlikdir.
Syu Vey adlı kişi oğlunun Menkes xəstəliyi haqqında öyrəndikdən sonra, tək başına eksperimental dərman - histidin mis amin turşusunu sintez edə bilib. Dərman haqqında Syu Vey internet tərcüməçisi vasitəsilə Amerika araşdırma jurnallarını oxuyaraq öyrənib.

 

Yalnız orta təhsili olan S.Vey əczaçılıq məhsulları istehsal etməyi və keyfiyyətə nəzarət etməyi öyrənməsinə imkan verən dövlət universitet kurslarına yazılıb.

 

Əvvəlcə siçovullarda, sonra da özündə dərmanı sınayan ata onu oğluna vurub. Xəstəxanada aparılan müayinə, dərmanın uşağa kömək etdiyini göstərib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər