15 Oktyabr - Dünya Əl Yuma Günüdür
15.10.2021 10:16
BMT-nin Baş Assambleyasının UNİCEF və Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə qəbul etdikləri qərara əsasən, 2008-ci ildən etibarən hər il oktyabrın 15-i Dünya Əl Yuma Günü kimi qeyd edilir. Həmin günün məqsədi əllərin yuyulmasının sağlamlığa müsbət təsiri haqqında əhalinin məlumatlılığını artırmaqdır. 
 
Aztibb.az xəbər verir ki, Dünya Əl Yuma Günü əl yumanın bir vərdiş halına gətirilməsi məqsədilə elan edilib. Əllərin tez-tez yuyulması xəstəlik törədən müxtəlif mikroorqanizmlərin yayılmasının qarşısının alınması üçün ən effektiv vasitədir. Belə ki, bir çox respirator xəstəliklər, virus hepatitləri, bağırsaq infeksiyaları, pnevmoniya, COVID-19 və s. infeksion xəstəliklər çirkli əllər vasitəsilə keçir. Ekspertlərin fikrincə, çirkli əllərdə yüzlərlə milyona qədər mikroorqanizm yaşayır.
 
Əllərin yuyulması, xüsusilə COVID-19 pandemiyasının davam etdiyi bir dövrdə çox aktualdır. 2 ilə yaxındır ki, bütün dünya koronavirusla mübarizə aparır. Bu mübarizədə insanların başlıca silahı vaksinasiya və sanitar-gigiyenik qaydalara riayət etməkdir. Bunun üçün əllərin tez-tez yuyulması və ya spirtlənməsi vacib şərtdir. Əllərin yuyulması təkcə COVID-19-a deyil, kəskin bağırsaq infeksiyalarına və digər təhlükəli xəstəliklərə qarşı da ən sadə və əlçatan effektiv vasitədir və hər bir insanın şəxsi gigiyenasının tərkib hissəsidir.
 
Şəxsi gigiyena qaydalarına əməl etməklə bir çox xəstəliklərə qalib gəlmək mümkündür. Statistik məlumatlara görə, əllərin yuyulması diareya xəstəliklərinin səviyyəsinin 40%, respirator infeksiyaların səviyyəsinin 25% azalmasına imkan verir. Yadda saxlamaq lazımdır ki, əlləri nəinki sabunla təmiz yumaq, onları yuduqdan təmiz dəsmal və ya kağız salfetlə silmək də vacibdir. Çünki nəm əllər quru əllərdən daha çox bakteriya və virus ötürə bilir. Əllərinizi tez-tez yumaqla özünüzü və doğmalarınızı təhlükəli xəstəliklərdən qoruya bilərsiniz.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər