İnsanda yüksək hərarətə səbəb olan ZƏHƏRLİ BAL
13.10.2021 17:11

Adətən hər zaman balın insanlara müalicəvi təsir göstərməsi barədə danışırıq. Amma insana kefləndirici təsir göstərən ballar da var. Belə balları zəhərli də hesab edirlər. Bu balı arılar dağlarda xüsusi bitkilərdən toplayırlar.

 

Aztibb.az xəbər verir ki, zəhərli bala bəzən "buz balı" da deyilir. Bu bal azaliya, andromed, bataqlıq çiçəkləri və digər müxtəlif zəhərli çiçəklərdən alınan baldır. Bu bal faydalı yox, çox zəhərli baldır. Balın tərkibində olan zəhərin miqdarı onun tərkibindəki alkoloidlərin, andrometoksinlərin və rododendronların miqdarından asılıdır. Zəhərli balın ətri xoşagəlməz olur.

 

Daha çox dəfnə çiçəyindən alınan bal qeyri-adi xüsusiyyətə malik olaraq, insana kefləndirici təsir göstərir. Bu cür balı qəbul edən insanlarda bəzən temperatur qalxır, ürək bulanması, təngnəfəslik və baş gicəllənməsi müşahidə olunur. Belə balı bir il saxladıqdan sonra onun zəhərliliyi itir və yemək üçün yararlı olur.

 

Məlumatlara görə, tarixdə kefləndirici bal döyüşün məğlubiyyətlə başa çatmasına da səbəb olub. Roma ordusunun əsgərləri zəbt etdikləri bölgələrdə dəfnə balından yeyib kefləndikləri üçün vuruşda məğlub olublar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər