Ayaqlarda ağrı - SƏBƏBLƏRİ/ƏLAMƏTLƏRİ
13.10.2021 09:14
Ayaqlarda ağrı bir çox insanların rastlaşdığı problemlərdəndir. Aztibb.az Bioloji Təbabət Klinikasına istinadla bu ağrıların səbəblərini və əsas əlamətlərini təqdim edir. 
 
Səbəbləri:
 
- Oynaqlarda degenerativ proseslər: artroz, artrit, radikulit, osteomielit və s;
- Su-duz mübadiləsinin pozulması və ayaqlarda yaratdığı ödemlərin nəticəsi: ürək, böyrək, qaraciyər xəstəlikləri və s;
- Damar xəstəlikləri: ateroskleroz (daralması), varikoz xəstəliyi (genəlmesi), trombozu (trombla-qan kütləsi ilə tutulması);
- Neyropatiya (diabetik və radikulopatik), yəni şəkərin və ya bel problemlərinin sinir zədələnməsi;
- Yastıpəncəlik.
 
Səbəbindən asılı olaraq ağrıların xarakteri də müxtəlifdir. Məsələn, oynaq ağrıları kəskin, demək olar ki daimidir və müvafiq oynaq nahiyəsində (diz, bud, topuq oynaqları) olur. Bel problemlərinin sinir zədələnməsində bir və ya hər 2 ayağa verir, ayağın arxa tərəfi ilə barmaqların ucuna kimi çata bilir.
 
Diabetik mənşəli sinir zədələnmələrində: kəskin, yandırıcı, kəsici və səthi olur (pəncə baldırdan, baldır buddan çox ağrıyır).
 
Aterosklerozda (damar daralmasında əksinə baldır və bud pəncələrdən daha çox ağrıyır, ağrılar dərin xarakterlidir, hərəkət zamanı artır (fasiləli axsama). Varikoz xəstələrində (damar genişlənməsində) ağrı əksər hallarda baldır nahiyəsində axşama yaxın daha da artan, səhərlər çəkilən xarakterdədir.
 
Göründüyü kimi ağrıların səbəbləri müxtəlifdir, ona görə də öncə terapevtin baxışı önəmlidir. İnteqrativ tibbdə xəstəliyin etiopatogenezinə təsir etməklə müalicə effekti əldə etmək mümkündür.
ÇOX OXUNANLAR
Diaqnoz Tibb Mərkəzinin həkimi Türkiyədə beynəlxalq konqresdə iştirak edib
Şahbuz rayonunun Keçili kəndində tibbi müayinə aksiyası
Laçın RMX-nın Qarıqışlaq kənd həkim məntəqəsinin tibb bacısı vəfat edib
 Ağdaş rayonunda Aşağı Nemətabad Ailə Sağlamlıq Mərkəzinin açılışı olub   
Bakıda Türk Dünyası Kardio-Onkologiya Konqresi keçirilir
“Nevrologiyada tibbi genetika” adlı dərsliyin təqdimatı olub 
Bədən qoxusuna təsir edən qidalar
Məktəblərdə
Azərbaycan və Qırğızıstan səhiyyə əməkdaşlığında bioetika üzrə akademik mübadilə genişlənir
Siyəzən RMX-da könüllü qanvermə aksiyası
“Perry Baromedical” hiperbarik oksigen terapiyası sistemləri Yeni Klinikanın Yeni Robotik Reabilitasiya Mərkəzində tətbiq olunur
Vərəmlə mübarizədə ilkin səhiyyə xidmətinin rolu əhəmiyyətlidir
Kolonoskopiya müayinəsi həyati əhəmiyyət daşıyır - Rəfael Həsənov
 Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzi müasir tibbi avadanlıqlarla təmin olunub