Tibbdə mümüh tədqiqat - D vitamini çatışmazlığı əməliyyatdan sonra ağrını artıra bilər 
27.05.2026 14:48

Yeni araşdırma əməliyyatdan sonrakı ağrıların şiddətində D vitamini səviyyəsinin mühüm rol oynaya biləcəyini ortaya çıxarıb.

Aztibb.az "Regional Anesthesia & Pain Medicine" jurnalında dərc olunan tədqiqat nəticələrinə diqqət çəkib.

 

Elmi araşdırmaya görə, orqanizmdə D vitamini çatışmazlığı olan xəstələr əməliyyatdan sonra daha güclü ağrı hiss edir və daha çox ağrıkəsici dərmanlara ehtiyac duyurlar. Xüsusilə süd vəzi xərçəngi səbəbilə əməliyyat olunan qadınlarda bu fərq daha aydın müşahidə olunub.


184 xəstə üzərində araşdırma aparılıb


Alimlər Fayoum Universitet Xəstəxanası bazasında 184 qadın pasiyentin məlumatlarını analiz ediblər. Pasiyentlərin bir hissəsində D vitamini səviyyəsi normadan aşağı, digər hissəsində isə normal göstəricilərdə olub.

Yaşı təxminən 42–44 arasında olan hər iki qrup əməliyyat öncəsi, əməliyyat zamanı və sonrası dövrdə diqqətlə izlənilib. Həkimlər xəstələrin D vitamini statusundan xəbərsiz şəkildə müşahidələr aparıblar.

Ağrı və dərman istifadəsində fərq

Nəticələr göstərib ki, D vitamini aşağı olan xəstələr əməliyyat zamanı daha çox güclü ağrıkəsiciyə, o cümlədən fentanilə ehtiyac duyublar. Əməliyyatdan sonra isə bu qrup pasiyentlər ağrı nəzarət sistemini daha tez-tez istifadə edərək orta hesabla daha yüksək dozada tramadol qəbul ediblər.

Bundan əlavə, D vitamini çatışmazlığı olan xəstələrdə ürəkbulanma, yuxululuq və bəzi hallarda qusma kimi yan təsirlər daha çox müşahidə olunub.

Tədqiqatçılar hesab edirlər ki, D vitamini orqanizmin ağrını hiss etmə və tənzimləmə mexanizmlərində mühüm rol oynayır. Onun iltihabəleyhinə və immun sisteminə təsiri əməliyyatdan sonrakı sağalma prosesinə birbaşa təsir göstərə bilər.

Mütəxəssislər əməliyyatdan əvvəl D vitamini səviyyəsinin yoxlanılması və lazım gələrsə korreksiya edilməsinin pasiyentlərin postoperativ komfortunu yaxşılaşdıra biləcəyini bildirirlər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır