100 illik yubileyini qeyd edən avstraliyalı qadın uzunömürlülük sirrini AÇIQLAYIB
07.10.2021 10:45

100 illik yubileyini qeyd edən avstraliyalı Cin Dayet uzunömürlülük sirrini açıqlayıb.

 

Aztibb.az xarici mətbuata istinadən xəbər verir ki, 100 yaşlı qadın uşaqlıqdan aktiv həyat tərzi keçirməyə alışdığını söyləyib. Velosiped sürməyi, kriket və qolf oynamağı sevib. Ev işlərinə və yemək bişirməyə də həvəsli olub. C.Dayet düzgün qidalanmanı və fiziki fəaliyyəti uzunömürlülüyün sirri hesab edir. Daha çox təzə meyvə-tərəvəz və daha az şirniyyat yeməyə üstünlük verir. Onun fikrincə, spirtli içkinin istifadəsi də minimuma endirilməlidir. Bundan əlavə, təqaüdçü əmindir ki, hətta ahıl yaşda da bədənin və zehnin elastikliyini qorumaq lazımdır.

 

Avstraliyada uzun illər toy və şənliklərin təşkilatçısı kimi çalışan C.Dayet həm də xeyriyyə işləri ilə məşğul olub. 70 yaşından dünya səyahətinə çıxmağa qərar verib və yubiley şərəfinə o, altı ayını ABŞ, Böyük Britaniya və Yeni Zelandiyada keçirib. C.Dayet 80 yaşında Sidney Limanı Körpüsünə qalxıb və hava şarında uçub.

 

C.Dayet hesab edir ki, insan ömrü həm də mənəvi keyfiyyətlərdən asılıdır. Onun fikrincə, yardımlaşma və həyat eşqi ömrü uzadan keyfiyyətlərdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər