Qvatemalada peyvəndə qarşı etiraz - Həkimləri girov götürdülər
06.10.2021 09:12

Qvatemalada COVID-19-a qarşı peyvənddən imtina edən qəsəbə sakinlerinin etirazı fərqli nəticələrə səbəb olub.

 

Belə ki, ölkənin Alta Verapaz əyalətinin Nahuila qəsəbəsinin sakinləri vaksinasiya üçün buraya gələn 11 tibb işçisini girov götürüb, vaksinləri isə məhv ediblər.

 

Rəsmilər qəsəbə sakinlərin daha öncə də peyvənddən imtina etdiklərini bildiriblər. Amma onlar ilk dəfədir belə ciddi durumla üz-üzə qaldığını qeyd ediblər.

 

Yalnız polisin müdaxiləsindən sonra tibb işçiləri sərbəst buraxılıb.

 

Qeyd edək ki, indiyədək Qvatemalada 14 minə yaxın insan koronavirusdan dünyasını dəyişib. Buna baxmayaraq, bu günə qədər ölkə əhalisinin sadəcə 25 faizi birinzi doz vaksin vurdurub. İkinci dozdan istifadə edənlərin sayı isə 14 faizə bərabərdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər