Varikozun yaranmasının əsas səbəbi nədir? - Cabir Gülmalıyev AÇIQLADI
04.10.2021 15:57
Varikozun yaranmasının əsas səbəbi venalarda qapaq aparatının zədələnməsidir. Qapaq aparatı qanın ayaqlardan ürəyə doğru hərəkətini təmin edir. Qapaq aparatı zədələnərsə, ürəyə doğru qalxan qanın bir hissəsi geriyə axır.
 
Aztibb.az xəbər verir ki, bu barədə ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat paylaşıb.
 
Həkim varikozun səbəblərini də sadalayıb:
 
- Hamiləlik. Hamilə orqanizmində ümumi sirkulyasiya edən mayenin 20-30%-i artır, döl çanaq venalarını sıxır, damar divarı zəifləyir və sonda hamiləlikdə varikoz inkişaf edir. Hamiləlikdə varikoz 50% hallarda geri dönən xarakter daşıyır;
-  Genetik meyillilik. Varikozdan əziyyət çəkənlərin 25%-nin yaxın qohumları varikoz, babasil, varikozsel, yastıpəncəlik, qarın yırtıqları, skolioz, miopiya kimi xəstəliklərdən əziyyət çəkir;
- Oturaq, yaxud statik həyat tərzi. Oturaq iş və passiv həyat tərzi aşağı ətrafların varikoz damarlarını inkişaf etdirən əsas risk faktorlarından biridir;
- Piylənmə. Artıq piy toxuması qanın yuxarı qalxmasında mexaniki çətinlik yaradır;
- Qarındaxili təzyiqin artması. Xroniki qəbizlik, prostat adenoması, xroniki öskürək, dar alt paltarın daimi geyinilməsi, korsetlər qarındaxili təzyiqi artırır;
- Yaşlılıq. İnsan yaşlandıqca damar divarı və qapaqlar öz elastikliyini ititrərək varikozun yaranmasına zəmin yaranır;
- Dərin venaların trombozu. Bu zaman əvvəllər fəaliyyət göstərməyən venalar işə düşür;
- Kontraseptiv və digər hormonlar.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər