Herpes viruslarından qurtulmaq mümkündürmü?
02.10.2021 15:38

Herpes çox yoluxucu virus olub, xəstə insandan sağlam insana keçir. Herpes virusları həm təbiətdə, həm də insanlar arasında geniş yayılıb. Bunun əsas səbəbi virusun yüksək yoluxuculuq qabiliyyətidir.

 

Aztibb.az xəbər verir ki, virus otaq temperaturunda aktivliyini bir sutkaya qədər qoruyub saxlaya bilir. Dəyişkən havada (isti günlər soyuq günlərlə növbələşdikdə və əksinə) doqaqlarda herpes səpgiləri olan insanların sayı çoxalır. Yoluxma virus hissəciklərinin xəstə adamdan sağlam adamın selikli qişasına (ağız, burun, göz, cinsiyyət orqanları) düşməsi yolu ilə baş verir.

 

Virus orqanizmə daxil olduqdan sonra sinir ucluqları vasitəsilə sinir hüceyrələrinə (neyronlara) daxil olur. İmmun müdafiə zəifləyən kimi virus çoxalmağa və herpesə xas olan simptomlarla özünü büruzə verməyə başlayır. Herpes, adətən özünü içərisi bulanıq maye ilə dolu olan səpgilər şəklində büruzə verir. Onlar möhkəm qaşınma yaradır və ağrıyır.

 

Genital herpes-kişi və qadınların cinsiyyət orqanlarında səpgilərlə özünü göstərir. Genital herpes xəstə adamdan sağlam adama qorunmamış cinsi əlaqə vasitəsilə yoluxur.

 

Bədəndə herpes virusu (kəmərləyici herpes)-uşaqlarda özünü suçiçəyi kimi göstərir. Su çiçəyi – virusun orqanizmə daxil olmasına ilkin reaksiyadır. Kəskin mərhələdən sonra xəstəlik xroniki formaya keçir, sonra sinir hüceyrələrində bir neçə on il passivləşir, daha sonra hələ ki, məlum olmayan səbəblərdən virus aktivləşir və bir çox adamlarda kəmərləyici dəmrov yaradır. Kəmərləyici herpes sinədə, qabırğa boyunca səpgilər kimi özünü büruzə verir, nadir hallarda boyun nahiyəsinə də yayılır.

 

Herpesin xoşagəlməz simptomlarını müalicə etmək olar və lazımdır. Dərman preparatları vasitəsilə xroniki herpesin yaranma tezliyini və qalma müddətini qısaltmaq mümkündür.

 

Herpesdən qurtulmağın daha bir yolu – immuniteti gücləndirməkdir. Bu, kəskin səpgilər olmayan zaman effektlidir və xroniki herpesin kəskinləşmə miqdarını azaltmağa kömək edir, lakin virusu tam kənarlaşdırmır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər