MGH-nin “Facebook” səhifəsinin izləyicisi: Paylaşılan faydalı məlumatlardan yararlanıram
01.10.2021 16:00

Uzun müddətdir ki, Mərkəzi Gömrük Hospitalının “Facebook” səhifəsinin izləyicisi olan "İqtisadiyyat" jurnalının müxbiri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Yeganə Məmmədova hospitalın tibbi maarifləndirilmə ilə bağlı gördüyü işlərə dair təəssüratlarını bölüşüb.

 

Y.Məmmədova Aztibb.az-a açıqlamasında hər gün Mərkəzi Gömrük Hospitalının “Facebook” səhifəsində paylaşılan faydalı məlumatlardan, həkim məsləhətlərindən yararlandığını, səhifəni izləməyin onun üçün adi vərdişə çevrildiyini bildirib:

 

“Təqdirəlayiq haldır ki, səhifədə tibbin bütün sahələrinə dair məlumatlar, faydalı məsləhətlər yerləşdirilir. Hətta bəzən elə olur ki, hər hansı sahədən bildiyim bir xəstəlik barədə səhifədən oxuyuram, görürəm ki, bu barədə bildiklərim çox az imiş. Hər dəfə səhifənizdə mənim üçün yeni, zəruri olan məsləhətlər tapıram”.

 

Bununla yanaşı, o, səhifədəki “Həkim məsləhəti” rubrikasını mütəmadi olaraq izlədiyini, COVID-19 pandemiyası dövründə peşəkar həkimlərdən koronavirusla mübarizə ilə bağlı dəyərli məsləhətlər əldə etdiyini qeyd edib.

 

“Mərkəzi Gömrük Hospitalının peşəkar, zəngin təcrübəli həkimləri - Tamilla Əliyevanın, Xumar Novruzovanın, Nərmin Muradovanın, Nazilə Hüseynovanın, Nazilə Xəlilbəyovanın, Nigar Rəhmətovanın, Mədinə Abdullayevanın, Ramin Rzayevin, Müseyib Əhmədovun və digərlərinin bu rubrikada verdiyi məsləhətlər hər kəs üçün maraqlı və faydalıdır. Hospitalın tanınmış həkimləri Rəşad Mahmudov, Bəxtiyar Musayev, Mircəlal Kazımi və başqalarının uğurları barədə oxuyub qürur hissi duyuram. Sevinirəm ki, Azərbaycanın da belə tanınmış, peşəkar həkimləri var”, - deyə Y.Məmmədova əlavə edib.  

 

O, bildirib ki, COVID-19 haqqında hər dəfə hospitalın “Facebook” səhifəsində oxuyanda yeni məlumat əldə edir: “COVID-19 ilə qrip arasındakı fərq barədə digər saytlarda məlumatlara rast gəlməmişəm. Bu iki təhlükəli xəstəliyi necə ayırmaq, xəstələndikdə nə etmək lazım olduğu barədə yol göstərən həkimlərə dərin minnətdarlığımı bildirir, fəaliyyətinizdə uğurlar diləyirəm”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər