Dəniz səviyyəsindən hündürlükdə yaşamaq insultdan müdafiə edir – TƏDQİQAT
01.10.2021 12:23

Dəniz səviyyəsindən bir qədər hündürlükdə yaşamaq insult ehtimalına təsir edir.

 

Aztibb.az medikforum.ru-ya istinadla xəbər verir ki, bu barədə "Frontiers in Physiology" jurnalında dərc edilmiş yeni tədqiqat işində məlumat verilir. Tədqiqat zamanı Ekvadorda dörd müxtəlif hündürlükdə (1500 metrdən aşağı, 1500-2500 metr, 2500-3500 metr və 3500-5500 metr) yaşayan insanlarda insultla əlaqədar xəstəxanaya yerləşdirmələr və ölümlərin sıxlığı araşdırılıb.

 

Tədqiqat işinin əsasında 17 il ərzində insult keçirtmiş 100 mindən çox pasiyentin tibbi məlumatları dayanır. Araşdırma göstərib ki, yüksək hündürlüklərdə yaşayan insanlar insult və ölümün daha aşağı riskinə malikdirlər. Qoruyucu effekt 2000-dən 3500 metrə qədər hündürlükdə daha güclüdür.

 

Nəticələrə əsasən, 2500 metrdən yuxarı hündürlükdə yaşayan insanlar daha aşağı hündürlüklərdə yaşayan insanlarla müqayisədə nadir hallarda gənc  yaşda insultla rastlaşırlar. Maraqlıdır ki, yüksək hündürlüklərdə yaşayan insanlar, həmçinin daha kiçik ehtimalla xəstəxanaya yerləşdirilmə və ölümlə qarşılaşırlar. Ancaq bu qoruyucu effekt 2000 və 3500 metr arasında və 3500 metrdən yuxarı hündürlükdə daha yüksəkdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər