Yayın sonunadək ABŞ-da koronavirusa qarşı vaksin hazırlanmasına başlanıla bilər
14.07.2020 13:11

ABŞ-ın səhiyyə sahəsinin nümayəndələri və dərman istehsalçıları yayın sonlarınadək yeni növ koronavirusa qarşı potensial vaksinin hazırlanmasına başlamaq istəyir.

 

www.cnbc.com saytı xəbər verir ki, 2021-ci ilin əvvəlinə kimi ABŞ-da 300 milyon vaksin dozası hazırlana bilər. Lakin hələkik mümkün vaksinlərdən hansının effektiv olacağı və ümumiyyətlə həmin dövrədək uğurlu vasitə əldə ediləcəyi məlum olmasa da, ilkin istehsal prosesinə start verilib.

 

Qeyd edək ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının bu günkü məlumatına əsasən, dünyada 13 milyon 249 mindən çox yoluxma və 575 min 844 ölüm faktı qeydə alınıb, 7 milyon 718 min 307 nəfər isə COVID-19 xəstəliyindən sağalıb. Hazırda müalicəsi davam edən 4 milyon 955 min 424 xəstədən 59 min 208-nin vəziyyəti ağır qiymətləndirilir.

 

ABŞ-da indiyədək yeni koronavirusa yoluxanların sayı 3 milyon 479 min nəfəri ötüb, 138 min 247 nəfər isə həyatını itirib. Birləşmiş Ştatlar dünya ölkələri arasında həm yoluxanların, həm də ölənlərin sayına görə birinci yerdədir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır