Həkim reportajı: uşaqlarda çox sıx rast gəlinən əyriboyunluluq
14.09.2021 12:06

Əyriboyunluq başın eyni tərəfə, çənənin tərs tərəfə dönməsi şəklində yaranan deformasiyadır. Boyunun önə və yana əyilməsinə, yanlara dönməsinə köməklik edən Döş-Körpücük-Məməyəbənzər (DKM) əzələdə inkişaf edən kontraktura(yığılma) nəticəsində yaranan əyriboyunluğa Muskulyar (əzələyə bağlı) əyriboyunluq deyilir. Əyriboyunluq səbəbləri arasında bu qrup 95% təşkil edir. Digər növlər arasında onurğanın boyun şöbəsində anadangəlmə inkişaf qüsurlarını və gözlə əlaqədar yaranan problemləri göstərmək olar.

 

Ana bətnində ikən dölün boynunun davamlı olaraq yana bükülməsinə və dönməsinə şərait yaradan amillər DKM əzələsində venoz blokadaya səbəb olmaqla,  qan dövranında pozulmaya(işemiya) yol açır. Bu vəziyyət əzələ içində çapıq toxumasının yaranmasına və nəticədə əzələnin qısalmasına səbəb olur.

 

Həmişə tək tərəfli olur. Qızlarda daha çox görülür. ¾ hallarda sağ tərəf tutulur.  Anadangəlmə bud-çanaq oynağı displaziyası və ayağın içə dönməsi(metatarsus adduktus) ilə birlikdə tez-tez rast gəlinir(7-20%).

 

Müalicə gecikdikdə iki il içərisində üz və başda ikincili dəyişikliklər yaranır. Rahat olduğu üçün üz üstünə uzadılan uşaqlarda kontraktura olan tərəfdəki üz yarısı yatağa sökənir və zamanla düzləşir(plagiosefaliya). Uşaq böyüdükcə üzdə assimetriya inkişaf edir. İki üz yarısında göz və qulaqlar müxtəlif səviyyələrdə yerləşir və kontraktura olan tərəfdəki üz yarısı daha kiçik olur. Daha irəli yaşlarda kontraktura olan tərəfdəki çiyin digərinə görə daha yüksəkdə yerləşir. Boyundakı əyrilik davam etdiyi üçün zamanla qalıcı skolioz inkişaf edir.

 

Xəstəliyin diaqnozu qoyulduqdan qısa müddət sonra passiv gərmə gimnastikalarına başlamaq lazımdır. Müalicənin 6 ay müddətində tətbiqinə baxmayaraq 1 yaşından böyük uşaqlarda nəticə alınmırsa, əməliyyat məsləhət görülür.

 

uzman, ortoped travmatoloq Rəşad Zeynalov

Aztibb.az

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev