Əhalinin sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı maarifləndirici tədbir keçirilib  
02.08.2026 16:49
Tərtər Rayon İcra Hakimiyyətinin və Tərtər Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə əhalinin müxtəlif yaş kateqoriyaları, sosial-iqtisadi vəziyyəti və gender xüsusiyyətləri nəzərə alınmaqla sağlam həyat tərzinin təşviqi, davranış risk amillərinin öyrənilməsi, müntəzəm monitorinqi və qiymətləndirilməsi mövzusunda maarifləndirici tədbir keçirilib.
 
Tərtər RMX-dan Aztibb.az-a verilən məlumata görə, tədbirdə müxtəlif yaş kateqoriyalarəndan olan kişi və qadınlar iştirak ediblər.
 
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Zabil Paşayev, Tərtər Rayon Mərkəzi Xəstəxanasının Həkim-pediatrları Həyat Hüseynova, Məhbubə Nuriyeva çıxış ediblər. Onlar sağlam həyat tərzinin cəmiyyətin sağlam inkişafı üçün mühüm əhəmiyyət daşıdığını, qeyri-sağlam qidalanma, fiziki passivlik, tütün və alkoqol istifadəsi kimi risk amillərinin vaxtında müəyyən edilərək qarşısının alınmasının vacibliyini bildiriblər.Qeyd edilib ki, əhalinin sağlamlıq göstəricilərinin mütəmadi izlənilməsi, yaş, sosial-iqtisadi və gender xüsusiyyətləri nəzərə alınmaqla aparılan monitorinqlər gələcəkdə daha səmərəli profilaktik tədbirlərin həyata keçirilməsinə imkan yaradır.
 
Çıxışlarda sağlam həyat tərzinin təşviqi istiqamətində maarifləndirmə işlərinin genişləndirilməsinin, əhalinin sağlam davranış vərdişlərinə yiyələnməsinin və risk amillərinin azaldılması məqsədilə müvafiq qurumların birgə fəaliyyətinin əhəmiyyəti vurğulanıb.
 
Sonda iştirakçıların sualları cavablandırılıb, onlara sağlam həyat tərzi, düzgün qidalanma, fiziki aktivlik və zərərli vərdişlərdən uzaq durmağın vacibliyini əks etdirən maarifləndirici materiallar təqdim olunub.
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb