Beyləqan RMX-da təcili hallarda ilkin yardım və CPR qaydaları üzrə təlim keçirilib
01.08.2026 13:58


Beyləqan Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinin əməkdaşları üçün "Təcili hallarda ilkin yardım və CPR (ürək-ağciyər reanimasiyası) qaydaları" mövzusunda təlim təşkil olunub.

Xəstəxanadan Aztibb.az-a verilən məlumata görə, təlim həkim-reanimatoloq Elşən Hacıyev tərəfindən keçirilib. Təlim zamanı təcili hallarda ilkin tibbi yardımın göstərilməsi prinsipləri, CPR-in düzgün icra qaydaları, hava yolunun açıq saxlanılması, həyati göstəricilərin qiymətləndirilməsi və kritik vəziyyətlərdə operativ müdaxilə üsulları barədə ətraflı məlumat verilib.

Praktiki məşğələlərlə müşayiət olunan təlim zamanı CPR alqoritmi nümayiş etdirilib, iştirakçılar müxtəlif klinik vəziyyətlər üzrə praktiki bacarıqlarını təkmilləşdirmək imkanı əldə ediblər. Tibb bacılarının sualları cavablandırılıb, gündəlik fəaliyyətlərində qarşılaşa biləcəkləri təcili hallarla bağlı tövsiyələr verilib.


Belə təlimlərin keçirilməsində məqsəd tibb işçilərinin nəzəri bilik və praktik bacarıqlarını artırmaq, təcili tibbi yardımın keyfiyyətini daha da yüksəltmək və pasiyentlərə vaxtında, düzgün tibbi yardımın göstərilməsini təmin etməkdir.

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb