Mədə-bağırsaq qanaxmaları endoskopik üsulla necə dayandırılır?  
01.08.2026 13:44
Mədə-bağırsaq traktından qanaxmalar müasir tibbdə əksər hallarda cərrahi əməliyyata ehtiyac olmadan, endoskopik yolla uğurla aradan qaldırılır.
 
ATU-nun Tədris Cərrahiyyə Klinikasının ümumi cərrahı, həkim qastroenteroloq Fərahim Məmmədzadə Aztibb.az-a bildirib ki, bu üsul xəstələr üçün daha az travmatik olmaqla yanaşı, sağalma müddətini də xeyli qısaldır.
 
Onun sözlərinə görə, mədə-bağırsaq qanaxmaları endoskopik müayinə zamanı aşkarlanır və qanaxma mənbəyinə birbaşa müdaxilə edilərək dayandırılır. Bunun üçün adrenalin inyeksiyası, hemoklip qoyulması və ya termal koaqulyasiya kimi üsullardan istifadə olunur. Prosedur ümumilikdə təhlükəsiz sayılsa da, nadir hallarda təkrar qanaxma və ya bağırsaq divarının zədələnməsi kimi ağırlaşmalar müşahidə oluna bilər.
 
Fərahim Məmmədzadə vurğulayıb ki, düzgün seçilmiş texnika və vaxtında müdaxilə bu cür halların qarşısını əhəmiyyətli dərəcədə azaldır. Onun sözlərinə görə, prosedurun uğurunu şərtləndirən əsas faktorlar arasında dəqiq diaqnostika, komandanın koordinasiyası və endoskopik avadanlığın texniki imkanları xüsusi yer tutur.
 
Tədris Cərrahiyyə Klinikasında bu sahədə yeni nəsil endoskopik cihazlar tətbiq olunur ki, bu da diaqnostikanın dəqiqliyini və müdaxilənin təhlükəsizliyini artırır. Texnologiyanın davamlı inkişafı sayəsində qanaxmaların idarə olunmasında da daha effektiv üsullar mümkün olur.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır