Pandemiya ilə mübarizə davam edir - ÜST-dən açıqlama
13.07.2020 15:44

Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) araşdırma qrupu Çin alimləri ilə birgə koronavirus pandemiyası üzərində tədqiqatlar aparacaq. ÜST-ün baş direktoru Tedros Qebreyesus yeni növ koronavirusun mənbəyini araşdırmaq üçün təşkilat daxilindəki bir mütəxəssis qrupunun Çinə getdiyini bildirib.

 

Aztibb.az saytı gazeta.ru resursuna istinadən xəbər verir ki, ÜST mütəxəssisləri çinli həmkarları ilə birgə virusun heyvanlardan insanlara necə keçdiyini araşdıracaqlar.

 

Baş direktor Çindəki araşdırmaların ÜST-ün rəhbərliyi altında beynəlxalq missiyanın virus mənbəyi üzərində işləməsinə kömək edəcəyini söyləyib.

 

ÜST COVID-19 virusunun epidemiyanın ilk günlərindən bəri təbii mənşəli olduğunu iddia edir. Təşkilatın virusun mənbəyini araşdırmaq üçün 7 ay gözləməsi isə tənqidlərə səbəb olub.

 

Qeyd edək ki, ÜST yanvarın 14-də “Twitter” üzərindən verdiyi açıqlamasında Çin rəsmilərinə istinad edərək, virusun insandan insana ötürüldüyünə dair konkret dəlil olmadığı iddia etmişdi. Təşkilat yanvarın 20-də virusun daha çox heyvanlardan insanlara keçdiyini açıqlamışdı. Virusun yalnız istisna hallarda, məhdud sayda yaxın əlaqədə olan insanlardan bir-birinə keçə biləcəyini bildirmişdi.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır