NDU-nun Tibb fakültəsinin tələbələri istehsalat təcrübəsinə başlayıblar
08.06.2021 18:25

Naxçıvan Dövlət Universiteti (NDU) Tibb fakültəsinin tələbələrinin istehsalat təcrübəsinin başlanğıc konfransı keçirilib.

 

Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən bildirilib ki, konfransda çıxış edən ali təhsil ocağının rektoru Elbrus İsayev təcrübə prosesində görüləcək işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Diqqətə çatdırılıb ki, ali təhsil ocağında bütün ixtisaslar kimi Tibb fakültəsinin tələbələri də mütəmadi olaraq təcrübə dərslərində iştirak edir, muxtar respublikanın ən son tibbi avadanlıqlarla təchiz edilən xəstəxanalarında praktiki dərslər keçir, peşəkar həkim kollektivi ilə işləmək imkanı qazanırlar. Bu da tələbələrin gələcəkdə ixtisaslı həkim kimi formalaşmasına xidmət edir.

 

Qeyd olunub ki, Tibb fakültəsində müasir avadanlıqlarla zəngin laboratoriyaların mövcudluğu burada keçirilən nəzəri biliklərin təcrübi cəhətdən mənimsənilməsində mühüm rola malikdir. İstehsalat təcrübələrinin əhəmiyyətindən danışan rektor söyləyib ki, təcrübələrin sonunda tələbələrin davamiyyəti və bacarıqlarının qiymətləndirilməsi həyata keçiriləcək. Universitetin və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin nümayəndələrindən ibarət heyət istehsalat təcrübəsinə nəzarət edəcək. Bu baxımdan təcrübə dövründə hər bir təcrübəçi göndərildiyi klinika və xəstəxanaların nizam-intizam qaydalarına əməl etməlidir.

 

Sonra “İstehsalat təcrübələri üçün metodiki göstərişlər” mövzusunda çıxış edən Tibb fakültəsinin dekanı Elsevər Əsədov istehsalat təcrübəsinin yeni standartlara və tədris planına müvafiq həyata keçirildiyini deyib. Diqqətə çatdırılıb ki, tədris planına uyğun olaraq Müalicə işi, Tibbi profilaktika, Stomatologiya, Əczaçılıq ixtisasında təhsil alan tələbələr müvafiq olaraq 2, 3 və 4 həftə müddətində təcrübə dərslərində iştirak edəcəklər.

 

Ümumi təbabət və kliniki fənlər kafedrasının professoru, tibb elmləri doktoru İsa Abdullayev “İstehsalat təcrübələrinin tələbələrin bilik və bacarıqlarının formalaşmasında rolu” mövzusunda çıxış edərək, tələbələrin təcrübə müddətində hansı tapşırıqları yerinə yetirməli olduqlarından, həkim-xəstə münasibətlərinin qurulmasından və proqramda nəzərdə tutulan tibbi vərdişlərə yiyələnmələrindən danışıb.

 

Daha sonra Stomatologiya kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru Rauf Cəfərov Stomatoloji kadr hazırlığında praktiki vərdişlərin rolu mövzusunda çıxış edib. Ümumi təbabət və klinik fənlər kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Gültəkin Əliyeva təcrübi dərslərin keçirilməsinin tələbələrin ixtisaslı həkim kimi formalaşmasında xüsusi rola malik olduğunu bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır