Beyin xərçəngi və sinir siqnalları arasında bağlılığın olduğu məlum olub - TƏDQİQAT
01.06.2021 15:29

Alimlərin fikrincə, xərçəng şişlərinin yaranmasında təkcə hüceyrə mutasiyalarının deyil, müəyyən sinir siqnallarının da rolu var.

 

“Nauka i jizn” saytı xəbər verir ki, tədqiqatlara görə, I tip neyrofibromatozda neyronların adi aktivliyi bu cür siqnal qismində ola bilər. İnsanda genetik xəstəlik olan neyrofibromatoz zamanı böyük ehtimalla şiş əmələ gəlir; bu, adətən xoşxassəli olur, lakin bədxassəli şişlər də yaranır. Şişlər periferik sinirlərdə və baş beyində əmələ gəlir.

 

Stenford Universitetindən və Sent-Luis Vaşinqton Universitetindən tədqiqatçılar genetik baxımdan neyrofibromatoza meyilli olan siçanlar üzərində eksperiment aparıblar. Doqquz həftəlik siçanlarda görmə sinirinin qlioması yaranıb, 12-16-cı həftələrdə isə onların hamısında şiş olub.

 

Lakin 9 və 16 həftəlik siçanları qaranlıqda saxlayanda, adi şəraitdən fərqli olaraq, qlioma ehtimalı qəfil aşağı düşüb. Siçanların hamısında genlər eyni olub. Deməli, məsələ işıqla bağlı olub – işıq görmə sinirlərini qıcıqlandırıb və onlarda şiş yaranmağa başlayıb.

 

Sonrakı eksperimentlər göstərib ki, siçanlar qaranlıq mühitdə bir qədər əvvəl - 6 həftəlik vaxtından 12 həftəliyinədək saxlanılsaydı, onlarda ümumiyyətlə şiş yaranmayacaqdı. “Nature” jurnalında qeyd edilir ki, əgər şişi olan daha yetkin, o cümlədən 12 həftəlik və daha böyük siçanlar qaranlıqda saxlanılsaydı, şiş onlarda sağalmasa da, böyüməyəcəkdi. Bu, bir daha təsdiq edir ki, şiş mutasiyası özlüyündə mütləq şəkildə şiş doğurmur, bunun üçün onu müşayiət edən şərait də olmalıdır.

 

Neyrofibromatoz mutasiyalı siçanlarda neyroligin-3 zülalının səviyyəsi yüksəkdir. Onun səviyyəsi görmə siniri aktiv olanda, yəni göz işığı hiss edəndə yüksəlir. Zülalın işini dayandıranda, görmə sinirinin aktivliyinə baxmayaraq, şiş daha gec yaranacaq və ölçüsü daha kiçik olacaq.

 

Alimlər qeyd edirlər ki, insan beyin şişlərində də neyroligin-3 zülalının səviyyəsi adidən yüksəkdir. İşığı, neyroligini və şişin inkişafını əlaqələndirən molekulyar mexanizmin təfərrüatları hələ ki tam aydın deyil. Lakin neyrofibomatozlu uşaqlarda şişin yaranmasına yol verməmək məqsədilə bu zülala təsir edə biləcək hansısa dərmanlar üzərində düşünmək olar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev