Təzə sarımsaq ürəyin dərmanıdır
28.05.2021 10:40

Sarımsağın ürək-damar sisteminə müsbət təsiri çoxdan məlumdur. Amma sən demə, təzə doğranmış sarımsaq daha faydalı imiş.

 

Aztibb.az xəbər verir ki, sarımsağın tərkibindəki əsas maddə allitsindir. Həmin maddə məhz sarımsağı doğrayan və sürtkəcdən keçirən zaman əmələ gəlir və tez də uçub gedir.

 

Konnektikut Universitetinin Ürək-Damar Xəstəlikləri Mərkəzinin alimi Dipak Das bununla əlaqədar tədqiqat aparıb. Onun müşahidələrindən biri göstərib ki, sarımsağın tərkibində faydalılığına görə birinci yeri iylənmiş yumurta qoxusu verən hidrogen-sulfid qazı tutur. Məhz hidrogen-sulfid qan damarlarının daxili divarlarının əzələlərinə müsbət təsir göstərir, spazmaları aradan qaldırır, onları boşaldır və bununla da, həyat üçün təhlükəli insult və infarktın qarşısını alır.

 

Təzə sarımsağın faydalılığını təsdiq etmək üçün siçanlar üzərində təcrübə aparılmışdır. Alimlər siçanın birinə təzə, o birinə isə qurudulmuş sarımsaq yedirtmişlər. Sonra isə süni infarkt vəziyyəti yaratmışlar. Təzə sarımsaq yemiş siçan quru sarımsaq yemiş siçanla müqayisədə daha tez sağalmışdır.

 

Alimlərin yeni kəşfi quru sarımsaqdan hazırlanmış müxtəlif kapsula və həb istehsalıçılarını narazı salıb. Çünki hazırda apteklərdə damarların və ürəyin, o cümlədən immun sisteminin möhkəmlənməsi üçün nəzərdə tutulmuş quru sarımsaq cövhərli saysız-hesabsız dərman preparatları, bioloji aktiv əlavələr satılır. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir