Oksford Universiteti: Koronavirusa təkrar yoluxma halları gənclər üzərində tədqiq ediləcək
19.04.2021 13:02

Oksford Universitetinin alimləri cavan insanlar üzərində koronavirusa təkrar yoluxma hallarını tədqiq edəcəklər. Tədqiqatda iştirak edənlərin hər birinə 5 min funt-sterlinq ödəniləcək.

 

"Interfax" informasiya agentliyinin xəbərinə görə, eksperimentdə koronavirus infeksiyasından sağalan 18-30 yaş arası insanlar iştirak edəcək. Onlar yenidən virusla yoluxdurulacaq, 17 sutka izolyasiyada saxlanılacaq, immun sistemlərinin reaksiyası yoxlanılacaq və lazım gələrsə, müalicə olunacaqlar.

 

Alimlər COVID-19 infeksiyasından sağalandan sonra yaranan immunitetin təkrar yoluxmadan hansı hallarda və hansı müddətə qoruduğunu, həmçinin təkrar yoluxma üçün hansı miqdarda virusun yetərli olduğunu tədqiq edəcəklər.

 

ABŞ-da keçirilən araşdırma nəticəsində koronavirusdan sağalan gənclərin 10 faizinin yenidən bu infeksiyaya yoluxduğu məlum olub.

 

Mart ayında “The Lancet” jurnalı COVID-19 xəstəliyini keçirmiş 65 yaşdan yuxarı insanların cavanlarla müqayisədə təkrar yoluxma ehtimallarının daha çox olduğu barədə tədqiqatın nəticələrini dərc etmişdi. Həmin araşdırmaya görə, yaşı 65-dan aşağı olan insanlarda koronavirusa təkrar yoluxmadan qorunma şansı 80 faizdən çoxdur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır