Türkiyənin Manisa şəhərində 4 il əvvəl öd kisəsi əməliyyatı olunan 55 yaşlı Serap Konuşkanın bədənində cərrahi tənzif unudulduğu ortaya çıxıb. Xəstənin şikayəti əsasında 2 həkimə qarşı "Vəzifə səlahiyyətlərindən sui-istifadə" maddəsi ilə 3 aydan 1 ilə qədər azadlıqdan məhrumetmə cəzası tələbi ilə iddia qaldırılıb.
Aztibb.az "Medimagazin"ə istinadən yazır ki, 2022-ci ilin iyun ayında mədə ağrıları şikayəti ilə xəstəxanaya müraciət edən Serap Konuşkana öd kisəsində daş diaqnozu qoyulub və o, Manisa Şəhər Xəstəxanasında ümumi cərrah Y.Ö. tərəfindən əməliyyat olunub. Əməliyyatdan uzun müddət keçməsinə baxmayaraq səhhəti düzəlməyən xəstə xüsusi tibb mərkəzinə müraciət etdikdə, prioritet əməliyyat zamanı bədənində cərrahi tənzif unudulduğunu və bu cismin yoğun bağırsağını deşərək daxilinə yerləşdiyini öyrənib.
Xəstəxana rəhbərliyinə müraciətdən sonra Konuşkan 2024-cü ilin fevralında həkim S.Ö. tərəfindən təkrar əməliyyat olunub. İddiaya görə, xəstənin israrlı tələblərinə baxmayaraq, əməliyyat zamanı çıxarılan tənzif ona təhvil verilməyib.
Məhkəmə prosesi və məhkəmə-tibb ekspertizasının rəyi
Sağlamlıq problemləri davam edən Konuşkan Manisa Prokurorluğuna şikayət edib. Ədliyyə Tibb Qurumunun hazırladığı ekspertiza rəporunda da xəstənin vücudunda əvvəlki əməliyyat zamanı yad cismin unudulduğu rəsmən təsdiqlənib. Hazırda Manisa 1-ci Asliyə Cəza Məhkəməsi tərəfindən həkimlər Y.Ö. və S.Ö. barəsində cinayət işi qəbul edilib.
Yaşadıqları ağır proses haqqında danışan Serap Konuşkan bildirib:
"4 ildir ki, bu vəziyyət gündəlik həyatıma və yaşayış fəaliyyətimə mane olur. Əməliyyatdan sonra tikişlərim söküldü, intensiv terapiyada qaldım, ağciyər və infeksiya müalicələri aldım. Hələ bir əməliyyat da keçirməliyəm. Başqalarının da eyni mağduriyyəti yaşamaması üçün məhkəmə prosesini sonadək izləyəcəyəm."

