Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda 24/7 fasiləsiz tibbi xidmət
21.10.2026 09:50
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda pasiyentlərə günün 24 saatı, həftənin 7 günü təcili və təxirəsalınmaz kardioloji yardım göstərilir.
 
Aztibb.az xəbər verir ki, institutun 24/7 fəaliyyət göstərən çoxfunksiyalı laboratoriyası ürək-damar xəstəliklərinin diaqnostikası üçün zəruri olan laborator müayinələrin, o cümlədən təcili kardioloji biomarker analizlərinin operativ aparılmasını təmin edir.
 
Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində pasiyentlərin ilkin qiymətləndirilməsi, təcili diaqnostika və zəruri tibbi müdaxilələr həyata keçirilir. Tibbi göstərişlərə əsasən, koronar angioqrafiya da daxil olmaqla ixtisaslaşdırılmış diaqnostik imkanlardan istifadə olunur. Bu gün institutun direktoru prof. Gülnaz Dadaşova və direktor müavinləri təcili yardım şöbəsinin və laboratoriyanın fəaliyyəti ilə yerində tanış olmuş, xidmətin operativliyi, fasiləsizliyi və pasiyent təhlükəsizliyinin təmin olunması ilə bağlı məsələləri nəzərdən keçirmişlər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır