Yaz fəslində orqanizmdə yaranan NARAHATLIQLAR  
14.04.2021 13:09

Yaz fəslinin gəlişi ilə orqanizmdə vitamin çatışmazlığı, yuxusuzluq, halsızlıq, oynaq və əzələ ağrıları kimi problemlər yaranmağa başlayır. Mütəxəssislər bildirirlər ki, bu xəstəliklər əsasən mövsüm dəyişikliyi zamanı orqanizmdə baş verən proseslərlə əlaqədardır. Yazda həmin problemlərin yaranması isə saç və dırnaqların kövrəkləşməsinə səbəb olur, vaxtında müdaxilə edilmədikdə mədə-bağırsaq traktı və ürək-damar sisteminin pozulması ilə nəticələnə bilər. Eyni zamanda, boyun fəqərələrindəki ağrılar tədricən osteoxondroza çevrilməyə başlayır.

 

Aztibb.az AZƏRTAC-a istinadla xəbər verir ki, Bakıdakı 20 nömrəli poliklinikanın həkim-terapevti Solmaz Musayeva deyib: “Yaz mövsümü insan immunitetinin zəifləyən dövrüdür. Ona görə də həmin dövrdə xəstəliklərin bir növ oyanması başlayır, müəyyən psixoloji gərginliklər və digər xəstəliklər keçirmək, orqanizmdə kalsium, minerallar, xüsusilə D vitaminin miqdarının azalması hər hansı sağlamlıq problemli olanlarda həm nevropatik, həm də oynaq ağrılarının çoxalmasına səbəb olur”.

 

Həkim qeyd edir ki, gündəlik rasionda gec həzm olmayan, karbohidrat və zülallarla zəngin qidalara üstünlük verilməlidir, çünki sağlam qidalandıqda qan dövranı fəaliyyəti tənzimlənir, qanda şəkər balansı normaya düşür: “Maksimal dərəcədə düzgün və keyfiyyətli qidalanmaq və qida maddələrində bütün növ mineral, vitamin, zülal və keyfiyyətli karbohidratların olması vacibdir. Açıq havada çox gəzmək də faydalıdır”.

 

Bütün bunlarla yanaşı, mütəmadi şəkildə idmanla məşğul olmaq lazımdır. Həmçinin bol maye qəbul etmək vacibdir. Təəssüf ki, bəzən yorğunluğu aradan qaldırmaq üçün həddindən çox kofein qəbul edənlər olur. Bu isə ürək döyüntülərinin artmasına və qan təzyiqinin yüksəlməsinə səbəb olur. Ona görə də gün ərzində iki fincandan artıq qəhvə qəbul etmək məsləhət görülmür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır