Molekulyar bioloqlar CRISPR/Cas9 genom redaktorunun yeni formasını yaradıblar  
12.04.2021 11:10

ABŞ-dan olan molekulyar bioloqlar CRISPR/Cas9 genom redaktorunun yeni formasını yaradıblar. Onlar genom redaktorunun strukturunu elə dəyişiblər ki, indi ondan ixtiyari genlərin proqramlı şəkildə söndürülməsində və işə salınmasında istifadə etmək olar. Tədqiqatın nəticələri “Cell” elmi jurnalında dərc edilib.

 

Aztibb.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Massaçusets Texnologiya İnstitutunun professoru Conatan Vaysmanın sözlərinə görə, tədqiqat nəticəsində genlərin böyük əksəriyyətini ixtiyarı söndürə bilən alət əldə edilib. Özü də bu prosesi DNT zəncirinə zərər vermədən, bütün dəyişiklikləri ləğv etmək imkanını saxlamaqla həyata keçirmək olar.

 

CRISPR/Cas9 genom redaktoru 2010-cu ilin əvvəlində genetika üzrə üç qrup alim tərəfindən kəşf edilib və həmin vaxtdan bəri bir neçə dəfə yenilənib. Bu, bakteriyaların öz genomunda viruslu DNT-ni tapmaq və kəsmək üçün istifadə etdiyi özünəməxsus genetik “antivirus”dur. Redaktorun vacib hissəsi Cas9 zülalıdır. O, mikrobun DNT-də nukleotidlərin müəyyən ardıcıllığını tanımaq və pozmaq üçün və ya viruslu RNT-nin surətini məhv etmək üçün qısa RNT-şablonlardan istifadə edir. CRISPR/Cas9 yüksək dəqiqliyə malik redaktəsi ilə fərqlənir. Lakin böyük bir çatışmayan cəhəti var – onu ixtiyari hüceyrələrdə seçim əsasında işə salmaq və ya söndürmək olmur.

 

Conatan Vaysman və onun həmkarları bu problemin öhdəsindən gəliblər. Bioloqlar Cas9-un iki yeni formasını yaradıblar – CRISPRoff и CRISPRon. Bunlardan birincisi RNT-şablonların köməyilə epigenetik işarə qoyur və genlərin işini dayandırır, ikincisi isə bütün bunları pozur. Uzun müddət aparılan tədqiqatdan sonra alimlər bu fermentlərin elə strukturunu seçiblər ki, onların yaratdığı dəyişiklik hüceyrədə nəinki ömürboyu qalır, həm də irsən ötürülür.

 

Alimlər genom redaktorunun yeni versiyasının işini kök hüceyrələrində yoxlayıblar. Bioloqlar onlarda ixtiyari genləri söndürüblər, onları neyronlara və digər “yetkin” hüceyrə tiplərinə çevrilməyə məcbur ediblər. Təcrübə göstərib ki, kök hüceyrələrin transformasiyası nəticəsində əvvəl söndürülmüş gen təkrar işə düşməyib. Bu təsdiqləyib ki, CRISPR/Cas9-un yeni versiyası sayəsində DNT-nin ayrı-ayrı sahələrini işə salmaq və söndürmək olar.

 

Conatan Vaysmanın və onun həmkarlarının fikrincə, yaradılan yeni formadan nəinki genomların xüsusiyyətlərinin öyrənilməsində, eləcə də DNT-nin ayrı-ayrı sahələrinin işindəki pozulmalarla bağlı olan xəstəliklərin müalicəsində istifadə etmək mümkündür. Məsələn, alimlər, mutasiyası Altsheymer xəstəliyinin yaranmasına gətirib-çıxardığı güman edilən MAPT geninin söndürülməsi üzrə təcrübə aparıblar. Bu, insanları qocalıq demensiyasından qoruya bilən gen terapiyasının yaradılmasına ümid verir.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Kəngərli rayonunun Çalxanqala kəndində tibbi müayinə aksiyası təşkil olunub
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Prezident elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Artıq həkim qəbuluna onlayn növbə almaq mümkündür
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb
Şamaxının Laləzar və Quşçu kəndlərində səyyar peyvəndlənmə xidməti həyata keçirilib
Təcili tibbi yardım sahəsində peşəkar pediatr