Alimlər ilk dəfə havadan DNT yığıblar - İnqilabi kəşf
12.04.2021 10:16

İngiltərənin Kraliça Mariya (Queen Mary) Universitetinin alimləri ilk dəfə havadan DNT yığıblar.

 

Aztibb.az xəbər verir ki, Ədliyyə tibbi, antropologiya və xalq sağlamlığı üzrə tədqiqatçılar bu kəşfin havadakı xəstəliklərin necə yayıldığını anlamağa yardım edəcəyini bildiriblər.

 

Alimlər havadan götürdükləri nümunələrdən heyvan növlərini təyin etmək üçün ekoloji DNT "e-DNA"dan istifadəetmə ehtimalını araşdırıb. Alimlər köstəbək siçanın DNT nümunələrini toplamaq üçün peristaltik bir nasos və təzyiqli filtrlərdən istifadə ediblər. Daha sonra əldə edilən nümunələrə standart ardıcıllıq dəstləri tətbiq olunub.

 

Araşdırma qrupu bu üsuldan istifadə edərək köstəbəkin DNT-sini uğurlu şəkildə təsbit edə bilib. Hava nümunələrində insan DNT-si də tapılıb ki, bu üsulun ədli tibbi araşdırmalar üçün istifadə edilə biləcəyi söylənilir.

 

Tədqiqatçıların fikrincə görə, onlar bu yolla yeni tip koronavirus (COVID-19) kimi havadan yayılan virusların da necə yayıldığını öyrənə biləcəklər. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır